Thursday 18th April 2024,

2007_2008

Ξ Leave a comment

Müəllif Hüquqları Agentliyinə məxsus www.copag.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə məxsus www.copag.gov.az domen ünvanlı İnternet saytı özünün durğunluq dövrünü yaşayan resurslardan daha birinə bənzəyir. Sayt nəinki uzun zamandır yenilənmir, üstəlik mövcud tərkib də tələbatlara cavab vermir. Ümumiyyətlə heç tərtibat haqqında da elə bir müsbət fikir söyləmək olmaz. Bu baxımdan saytın sahibləri gərəkdir ki, ciddi ölçü götürsün.

Agentliyin saytı giriş səhifəsi ilə açılır. Burada Az, Eng və Ru keçidlərindən birinin üzərinə tıqlamaqla ziyarətə başlamaq olar. Az versiyasının ana səhifəsi çox sadə görünüşü ilə elə dərhal zəif resurs olması barədə xəbər verir. Bu versiyanın ana səhifəsi yuxarı üfqi blokla başlayır. Sol tərəfdə Azərbaycan bayrağı, sağ tərəfdə isə herbi əks olunub. Ortada isə qurumun adı yazılıb.

Bundan sonra sayt üç şaquli blokla davam edir. Sol blok özündə əsas menyunu, dil keçidləri və bir neçə başqa sayta keçidləri ehtiva edir. Orta blokda iki elan (bəlkə də xəbər) və ondan aşağıda bir cümləlik salamlama yer alıb. Sağ blok erməni plagiatı və galereya adlı iki keçiddən ibarətdir.

Əsas menyu

Agentlik haqqında: hansısa rəsmi sənəddən çıxarışa bənzəyən bir açıqlama var;

Son xəbərlər: 23 aprel "Ümumdünya kitab və müəlliflik hüququ günü» və 26 aprel "Beynəlxalq əqli mülkiyyət günü" ilə bağlı Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən keçirilən tədbirlər (cəmi 158 sözdən ibarət bir xəbər);

Hüquqların təminatı: müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsinin təminatı (cəmi 97 söz);

Qanunlar: "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının qanunu, "İntegral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının qanunu, "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının qanunu, "Məlumat toplularının hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının qanunu;

Azərbaycan Respublikası prezidentinin fərmanları və sərəncamları haqqında məlumat: boşdur;

Azərbaycan Respublikası NK-nin qərarları haqqında məlumat: "İntegral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi ilə bağlı məsələlər barədə, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarına əlavələr edilməsi haqqında;

Məqalələr: 9 yazı (.doc formatında);

Əmlak hüquqları: boşdur;

Bizimlə əlaqə: yer və e-poçt ünvanı, telefon və faks nömrələri;

Linklər: üçü Rusiyanın olmaqla altı xarici resursa keçid.

Göründüyü kimi bu qədər sadə və asan. Yəni saytı tərkibi o qədər zəifdir ki, orada əslinə qalanda monitoring aparmağa elə bir şey tapmaq mümkün deyil.

Ümumi nəticə isə bundan ibarətdir ki, Agentliyin resursunda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 3-ü yer alıb.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV