Vergilər Nazirliyinin www.taxes.gov.az domen adlı İnternet resursu apardığımız monitoringin birinci mərhələsində (02 oktyabr 2007) digər dövlət qurumlarının saytları ilə müqayisədə birinci yerə çıxmağı bacarmışdı. Bu mərhələdə apardığımız monitorinqin nəticələri də onu göstərir ki, sayt xeyli zənginləşdirilib .
Vergilər Nazirliyinin İnternet saytı ana səhifə ilə açılır. Bu səhifə ilkin olaraq insanda zəngin resurs təsiri oyadır. Bir vergi ödəyicisini maraqlandıran suallara elə ilk baxışdanca cavab tapıla biləcək kimi görünür. Elə əslində də belədir. Yəni istər birbaşa ana səhifədən keçidlərlə, istərsə də ana səhifədəki əsas menyu vasitəsilə istənilən məsələylə bağlı bilgi almaq olar. Bu da yetərli olmasa saytda verilən qaynar xətt telefon nömrəsi və onlayn forma, eləcə də forum və söhbət otağı (chat) vasitəsilə suallara cavab tapmaq, fikir mübadiləsi etmək olar. Ən əsası isə odur ki, bu sayt vasitəsilə istənilən vergi ödəyicisi özünün vergi bəyannamələrini təqdim edə bilər. Yəni heç bir bürokratiya ilə üzləşmədən, həm də vaxt və enerji sərf etmədən evinizdə oturub bir neçə dəqiqə içində e-bəyannamə təqdim etməklə bir işinizi icra etmiş olacaqsınız. Bu şərait Vergilər Nazirliyində var. Ancaq təəssüf ki, hələlik yalnız bu qurumda. Digər dövlət qurumları hələ ki, belə xidmətlər təklif etmirlər.
Saytın Az, Eng və Ru keçidləri, bir də ki, iki menyusu var. Yuxarı hissədə üfqi şəkildə əsasən doğa biləcək suallara cavab almağa xidmət edən əlavə menyu, sol tərəfdə isə şaquli şəkildə bütün məsələləri əhatə edən əsas menyu yerəşir. Əslində əlavə menyudakı keçidlər də əsas menyudakı keçidlərə aparıb çıxarır və ona görə də diqqətimizi yalnız əsas menyu üzərində cəmləşdiririk.
Əsas menyu
Haqqında: Vergilәr Nazirliyinin tarixi, Vergilәr Nazirliyinin vәzifә vә funksiyaları (müvafiq sənədlər), Vergilәr Nairliyinin rәhbәrliyi (vergilәr naziri, nazirin I müavini, nazirin müavini, nazirin müavini, nazirin müavini – biografiyaları), nazirliyin strukturu, Vergilәr Nazirliyinin mərkәzi aparatı (vəzifə və struktur vahidləri), əsasnamələr, nazirliyin kollegiyası (tərkib), əsasnamələr, mәtbuat xidmәti (press-relizlәr, çıxışlar vә müsahibәlәr, internet-forumlar, fotogalereya, "Vergilər" qəzeti);
Qanunvericilik: "Azәrbaycan Respublikasının vergi mәcәllәsi", Azәrbaycan Respublikasının qanunları, normativ-hüquqi aktlar, PSA üzrә protokollar, Vergilәr Nazirliyinin əmrlәri, Vergilәr Nazirliyinin metodiki göstәrişlәri, vergi inzibatçılığının təkmilləşdirilməsi;
Bəyannamələr: vergilәrin ödәnilmәsi vә bәyannamәlәrin verilmә müddәtlәri, vergilәrin vaxtında ödәnilmәmәsinә vә bәyannamәlәrin vaxtında verilmәmәsinә görә tәtbiq olunan mәsuliyyәt tәdbirlәri, bəyannaməlәrin doldurulma qaydaları, bəyannaməlәrin formaları, vergi tәqvimi;
Statistika: dövlәt büdcәsinә vergi vә digәr ödәmәlәrin daxil olması haqqında mәlumat, iqtisadiyyatın sektorları üzrə vergi daxilolmalarına dair məlumat (2006-2007-ci illər), Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində görülmüş işlərə dair məlumatlar, Vergilər Nazirliyi və yerli vergi orqanlarının məhkəmələrdə cavabdeh qismində iştirak etdiyi işlər, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli 2549 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Vergilər Nazirliyinə ayrılmış vəsaitin xərc istiqamətləri barədə məlumat, Vergilər Nazirliyinin 2007-ci il üzrə xərclər smetası;
Sual-cavab: tez-tez verilən suallar və onların cavabları, həm də sual vermək üçün onlayn forma;
Əlaqə (üst menyudan): Vergilәr Nazirliyinin mәrkәzi aparatı, Naxçıvan MR Vergilәr Nazirliyi, ərazi vergilәr idarәlәri, Bakı Şәhәri Vergilәr Departamenti, Azərbaycan Respublikası Vergilər Nazirliyinin mərkəzi aparatında rəhbər işçilərin 2008-ci ildə qəbul grafiki;
Müsabiqələr (ana səhifədən): Vergilər Nazirliyində vakant vəzifələr barədə məlumat, ilk dəfə olaraq Vergilər Nazirliyinin internet saytı vasitəsilə "online" rejimdə uşaqlar arasında vergilərə aid ümumrespublika bilik müsabiqəsinin nəticələri, "Әn yaxşı vergi şüarı" müsabiqəsinin nəticələri, ali məktəb tələbələri arasında 04.11.2006-cı il tarixdə vergilər mövzusunda keçirilmiş olimpiadanın nəticələri, "NKA çeki alın, avtomobil qazanın" lotereya oyununun tirajlarının nəticələri: 1-ci, 2-ci, 3-cü 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 11-ci, 12-ci , 13-cü, 14-cü, 15-ci, 16-cı, 17-ci, 18-ci, işə qəbulla əlaqədar müsabiqənin nəticələri (30.03.2007-ci il tarixli protokola əlavə).
Göründüyü kimi nazirliyin saytında bir çox resurslarda olmayan və olduqca zəruri hesab edilən bilgilər var.
Saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan 22-si yer alıb.