17.04.2008
“İnformasiya Azadlığının İnkişafı “ Koalisiyasının
Məlumatı
17 aprel 2008-ci il tarixdə BMM-də “İnformasiya Azadlığının İnkişafı “ Koalisiyası və tərəfdaş təşkilat olan AVCİYA tərəfindən “Bələdiyyələrdə ictimai informasiyaların açıqlanmasının effektiv mexanizmlərinin yaradılması” mövzusunda Dəyirmi Masa keçirilib.
Dəyirmi Masada Multimedia Mərkəzinin direktoru, Layihənin rəhbəri Osman Gündüz tədbirim məqsədi və əhəmiyyəti haqqında məlumat verib. Vətəndaş –bələdiyyə münasibətlərinin effektiv qurulması istiqamətində müəyyən addımlar atılsa da İnformasiya əldə edilməsi haqqında Qanunun tələblərinin yerinə yetirilməsi baxımından ciddi problemlərin olduğunu bildirdi. Cəmi 14 Bələdiyyənin internet resursunun mövcud olmasını qeyd etdi. İndiyədək bu layihə çərçivəsində Bərdə şəhər, Lənkəran şəhər, Nəsimi və M. Rəsulzadə Bələdiyyələrinin internet resursları yaradıldığını, Bələdiyyə üzvlərinə və qulluqçularına, Bələdiyyələrdə informasiya resursları ilə işləyəcək şəxslərə Treninqlər keçirildiyi qeyd olunub.
Dəyirmi Masada Koalisiyanın üzvü, AVCİA-nın eksperti Vüqar Tofiqlinin “Bələdiyyələrdə informasiya açıqlığının vəziyyəti” mövzularında təqdimatı oldu. Təqdimatda Vətəndaş –bələdiyyə münasibətlərin çevik və effektiv qurulmasına mane yaradan problemlərə ciddi diqqət yetirildi. IKT hazirliği olan Kadrların yetərli olmaması, bələdiyyələrin texniki-texnoloji təminatının zəif olması, maliyyə təminatının azlığı xüsusilə qeyd olundu.
Toplantıda Nəsimi Bələdiyyəsi və M. Rəsulzadə Bələdiyyəsinin nümayəndələri Samir Qəhrəmanov və Teyyub Zamanov tərəfindən Layihə çərçivəsində hazırlanan bu Bələdiyyələrin rəsmi internet resurslarının təqdimatları olub.
Təqdimatlarda hər iki Bələdiyyənin rəsmi saytlarının strukturu və informasiya təminatı haqqında slaydlar nümayiş etdirilib. Gələcəkdə bu resursları daha da zənginləşdiriləcəyi bildirilib.
Dəyirmi Masada İnformasiya əldə edilməsi haqqında Qanunun Bələdiyyələr üzərinə qoyduğu vəzifələrin gerçəkləşdirilməsi, bələdiyyələr və vətəndaşların qarşılıqlı münasibətlərinin qurulmasında çevik və effektiv yolların tapılması ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə Milli Məclisin nümayəndəsi Yaşar Əmaşov , müstəqil ekspert Ələsgər Məmmədli, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri İlham Abbasov , Bələdiyyələrlə iş üzrə QHT Alyansının nümayəndəsi Abil Bayramov, sabiq millət vəkili Şaitddin Əliyev , Layihənin eksperti Azər Həsrət , “Sahil” İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Koalisiyanın üzvü, Vahid Qasımov, İqtisadi Tədqiqatlar Mərkəzinin nümayəndəsi Dünya Camalova, İnformasiya Texnologiyaları İnstitutunun aspirantı Aygün Əhmədova, Nəsimi Bələdiyyəsinin sədr müavini Şirin Quliyev çıxış edərək vətəndaş –bələdliyə münasibətlərinin daha effektiv qurulması istiqamətində təkliflər irəli sürüblər.
Dəyirmi Masa Counterpart International təşkilatı tərəfindən dəstəklənən “Vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək” Layihəsi çərçivəsində həyata keçirilir.
Bələdiyyələrdə informasiya münasibətlərinin daha effektiv mexanizmlərinin uyğun
Layihə haqqında daha geniş məlumatı www.informasiya.org saytından əldə etmək olar.
Dəyirmi Masada Bələdiyyələrinin, dövlət və ictimai sektorun, Beynəlxalq qurumların nümayəndələri iştirak edib.
Multimedia Mərkəzi
492-44-44
www.informasiya.org
info@informasiya.org