Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məxsus www.edu.gov.az domen adlı İnternet resursu, təəssüf ki, gözləntiləri doğrultmadı. Düzdür, ilk baxışdan sayt zəngin resurs təsiri bağışlayır. Ancaq, əslində bu belə deyil. Açılan səhifələrin böyük bir hissəsi, demək olar ki, ümumilikdə xeyli hissəsi boşdur. Texniki tərtibat baxımından bu resursu müsbət qiymətləndirmək olsa da tərkib baxımından eyni sözü deyə bilmərik. Əslində bu saytla bağlı geniş tövsiyələr yazmaq fikrimiz də vardı. Ancaq saytın içinin əsasən boş olmasını nəzərə alıb bu fikrimizdən daşınmalı olduq.
Ümid etmək istərdik ki, növbəti monitoring zamanı bu resursun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr yazmalı olacayıq.