Tuesday 03rd December 2024,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikası prezidentinin rəsmi İnternet saytının monitorinqinin nəticələri /İCMAL/

posted by

Azərbaycan Respublikası prezidentinin www.president.az domen ünvanlı İnternet resursu ilk baxışdan sadəliyi və funksionallığı ilə diqqəti cəlb edir. Saytda xəbərlərin davamlı olaraq yerləşdirilməsi, prezidentlə əks əlaqə üçün imkanların olması diqqət çəkən amillərdəndir.
Lakin təəssüf ki, araşdırmaların nəticəsi resursun “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə tam cavab vermədiyini göstərir.

Ziyarətçilərin diqqətinə və marağına səbəb olacaq əsas məqamlardan biri də bu saytda nəzərdən qaçırılıb. Çünki sayt ümumilikdə ölkədəki prezidentlik institutuna aid olsa da orada öncəki prezidentlər haqqında bilgiyə rast gəlinmir. Yəni prezident hakimiyyətinin hüquqi əsasları yetərincə əhatə edilsə də, bu vəzifəni tutmuş bütün şəxslər haqqında saytda məlumat yoxdur. Halbuki belə məlumatlar tarix baxımından faydalı olardı.

Ölkənin ən ali vəzifəsinə aid İnternet resursunda büdcə ilə  bağlı bilgilərin olması məntiqi olardı. Eyni  zamanda işə qəbul, qurum tərəfindən təklif edilən xidmətlər, tenderlər haqqında da məlumatlar saytda yerləşdirilməyib.

Ayrı-ayrı struktur bölmələri ilə birbaşa əlaqə imkanları da saytda təklif edilmir. Yalnız ümumi xarakterli əlaqə vasitələri (onlayn forma, telefon və faks nömrələri) gözə dəyir. Bu isə əlavə bürokratiyaya şərait yaradan amillərdəndir.

Mətbuat xidmətinin təqdim etdiyi informasiyaları da yetərli saymaq olmaz. Çünki sayta baxarkən hiss edilir ki, xəbərlər köhnədir və ya gecikmə ilə yerləşdirilir. Halbuki prezident fəaliyyəti bir qayda olaraq çox gərgindir və onunla bağlı xəbər bolluğunun olması gözləniləndir.

Ayrı-ayrı sahələrlə bağlı prezidentin münasibətini əks etdirən yazıların yerləşdirilməsi müsbət hal olsa da həmin yazılar mətləbə aidiyyatı olmayan məzmunla zəngindir. Məsələn, İKT ilə bağlı prezidentin dediklərini aşkar etmək üçün böyük bir yazını başdan-ayağa oxuyub oradan məsələyə aid bir neçə cümləni tapmaq üçün xeyli vaxt sərf eləməli olursan. Halbuki konkret məsələ ilə bağlı hissəni prezidentin nitqindən ayırıb vermək daha düzgün olardı.

Saytın diqqət çəkən məqamlarından biri də “Azərbaycan prezidentinin məktəblilər üçün İnternet səhifəsi” keçididir. Burada orta məktəb şagirdləri Azərbaycan haqqında qısa bilgilərlə tanış olub onlardan yararlana bilərlər.

Saytdan başqa dövlət qurumlarının saytlarına keçid də gözə dəymir. Halbuki digər əsas dövlət qurumlarının saytlarına buradan keçid verilməsi faydalı olardı.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV