Azərbaycan Respublikası Milli Məclisinin www.meclis.gov.az domen ünvanlı İnternet resursu bir sıra göstəricilərinə görə yetərincə zəngin sayıla bilər. Bununla belə saytda bəzi çatışmazlıqlar da var ki, onları aradan qaldırmaqla həm “İnformasiya əldə etmək haqqında” qanunun tələblərini yerinə yetirmək, həm də ziyarətçilərin işini yüngülləşdirmək olar. Beləliklə MM-in saytının işinin təkmilləşdirilməsi ilə bağlı bəzi tövsiyələrimizi irəli sürürük:
1. MM-in rəhbərləri haqqında bilgini daha əlçatan bir hala gətirmək, yəni ayrıca yerləşdirmək yaxşı olardı.
2. Həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və altbölümlərin telefon və faks nömrələrini sayta əlavə etmək lazımdır.
3. Dövlət qurumuna getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin yerləşdirilməsi də məqsədəuyğun olardı.
4. MM-in ayrı-ayrı struktur bölmələrinin ünvanları və əlaqə vasitələri də ayrıca veriləs yaxşı olardı.
5. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələri ilə əks əlaqənin daha geniş imkanları təklif edilsəydi işin xeyrinə olardı.
6. Sayt MM-in büdcəsi və onun icra durumu ilə bağlı informasiyaların yerləşdirilməsi də qanunun tələbləri sırasındadır.
7. Qurumdaxili əmr və sərəncamlar da sayta yerləşdirilsə məqsədəuyğun olardı.
8. MM-in təklif etdiyi xidmətlər və onlardan istifadə imkanları haqqında bilgilərin sayta yerləşdirilməsi qanunun tələbləri sırasındadır.
9. Qanunun daha bir tələbi də işə qəbulla bağlıdır. MM-in saytında bu sahədə heç bir bilgi yoxdur. Şəffaflığı təmin etmək üçün belə bilgiləri sayta yerləşdirmək lazımdır.
10. Tövsiyə edərdik ki, əmək haqları barədə bilgilər də dolğun şəkildə sayta yerləşdirilsin.
11. Qurumun keçirdiyi tender və müsabiqələr haqqında informasiyalar da saytda yerləşdirilməlidir.