Thursday 21st November 2024,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikası Milli Məclisinin www.meclis.gov.az domen adlı İnternet saytının monitorinqinin nəticələri /İCMAL/

posted by

Azərbaycan Respublikası Milli Məclisinin www.meclis.gov.az domen ünvanlı İnternet resursu əvvəlki monitorinqlərimizlə müqayisədə bu dəfə xeyli yaxşı təsir bağışlayır. Sayt demək olar ki, büsbütün yenidən qurulub və funksionallığı artıb. Artıq burada Komissiyaların fəaliyyəti ilə, Milli Məclisin stenoqramları ilə tanış olmaqla bərabər həm də qanun layihələrinin müzakirəsində iştirak etmək olar.

Saytda əks əlaqə üçün ümumi xarakterli imkan təklif edilir. Amma ayrı-ayrı struktur vahidləri ilə birbaşa əlaqə imkanları təklif edilmir. Yəni hər hansı bir komissiya sədrinin birbaşa telefon və faks nömrələri, həmçinin e-poçt ünvanları gözə dəymir. Eyni fikri ayrı-ayrı deputatlar haqqında da demək olar.

Saytda təqdirəlayiq sayıla biləcək hal odur ki, burada Azərbaycan parlamentarizminin tarixi öz əksini tapıb. Yəni Azərbaycan Xalq Cümhuriyyəti dönəmindən günümüzə qədər parlamentin tarixi saytda yer alıb.

Ümumilikdə demək olar ki, saytda MM-in özü haqqında bilgilər yetərli sayıla biləcək həddədir.

Qurumun strukturu haqqında informasiya da yetərli sayıla bilər. Ancaq MM-ə aid struktur bölmələrinin ünvanları da əlavə edilsəydi bu bölmə tam olardı.

MM-in rəhbər işçiləri haqqında informasiya da yetərli sayıla biləcək həddədir. Hətta onlarla əks əlaqə üçün onlayn formanın olması da ziyarətçilərin işini asanlaşdıracaq amillər sırasındadır. Ancaq yaxşı olar ki, buraya rəhbər işçilərin e-poçt ünvanları və telefon nömrələri əlavə ediləydi.

MM-in cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar demək olar ki, operativliyi ilə diqqəti cəlb edir. Hiss edilir ki, mətbuat xidməti öz vəzifəsini məsuliyyətlə yerinə yetirir.

Təəssüfləndirici haldır ki, MM-in büdcəsi ilə bağlı saytda heç bir bilgi verilmir. Bu da ən ciddi qüsurlardan biri sayıla bilər.

MM-in təklif etdiyi və ya təklif etməli olduğu xidmətlər haqqında da heç bir bilgi verilmir. Halbuki belə bilgilər vətəndaşlar üçün olduqca vacibdir.

Bir çox dövlət qurumlarında olduğu kimi MM-də də işə qəbul məsələlərində şəffaflıqdan danışmaq olmaz. Bu saytı ziyarət edənlər işə qəbul qaydaları, boş iş yerləri haqqında elanlar və s. barədə heç bir bilgi əldə edə bilməyəcəklər.

Daha bir qüsur isə MM-də əmək haqları ilə bağlıdır. Əmək haqlarının formalaşması və ayrı-ayrı vəzifə sahiblərinin əmək haqqının miqdarı haqqında saytda heç nə deyilmir.

Vətəndaşların qəbulu ilə bağlı imkanlar bir baxıma yetərli sayıla bilər. Ancaq buraya qəbuldan imtinanın əsasları haqqında bilgi də əlavə edilərsə, informasiya dolğun olar.

Tender və müsabiqələr haqqında da heç bir bilgi yoxdur. Hər halda MM-in belə ehtiyaclarının olmadığını düşünmək sadəlövhlük olardı.

MM-in fəaliyyəti qanunyaratma olduğu üçün bu sahədə fəaliyyəti yetərincədir. Di gəl ki, qurumdaxili əmr, sərəncam və göstərişlər haqqında saytda bilgi yoxdur.

Saytın texniki imkanlarına gəlincə onu demək istərdik ki, bu sahədə hər şey yüksək səviyyədə qurulub.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV