Thursday 21st November 2024,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin www.justice.gov.az domen adlı İnternet saytının fəaliyyətinin ytəkmilləşdirilməsi üçün Tövsiyələr

posted by

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin www.justice.gov.az domen ünvanlı İnternet resursu bir sıra göstəricilərinə görə “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə cavab versə də saytda xeyli çatışmazlıq nəzərə çarpır. Həmin çatışmazlıqların aradan qaldırılması ilə bağlı aşağıda bəzi tövsiyələrimizi təqdim etmək istərdik:

1. Saytdakı bir sıra işləməyən keçidləri nəzərdən keçirib onların ya işlək vəziyyətə gətirilməsi, yaxud da müvəqqəti olaraq saytdan çıxarılması məqsədəuyğun olardı.
2. Yaxşı olardı ki, saytda qurumun rəhbərləri haqqında tarixi bilgilər də ayrıca yer alaydı.
3. Dövlət qurumunun yer ünvanı verilsə də nazirliyə şəhərin ayrı-ayrı istiqamətlərindən gəlmək üçün sxem və marşrut nömrələrinin verilməsi də yaxşı olardı.
4. Nazir və müavinləri haqqında biografik bilgilərin olması yetərli sayıla bilməz. Ona görə də bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında biografik bilgiləri saytda yerləşdirmək zəruridir.
5. Qurumdaxili əmr və sərəncamlar keçidi olsa da o işləmir. Ona görə də həmin bölmənin işlək hala gətirilməsi lazımdır.
6. Nazirliyin büdcəsi və onun icrası haqqında saytda heç bir bilginin olmaması ciddi qüsurlardan sayıla bilər. Buna görə də saytda dövlət büdcəsinin nazirliyə aid hissəsi haqqında ayrıntılı bilgilərin verilməsi zəruridir.
7. Nazirlik tərəfindən təklif edilən xidmətlər barədə də bilgilərin sayta yerləşdirilməsi vacib tələblər sırasındadır.
8. İşə qaəbulla bağlı zəngin bilgilər olsa da bu işi həyata keçirməli olan mümkün komissiyalar barədə bilgilər gözə dəymir. Eyni zamanda sahə daxilində ixtisasdəyişmə imkanları və işə qəbulun nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin yerləşdirilməsi məqsədəuyğun olardı.
9. Daha bir vacib məqam sahə işçilərinin əmək haqlarının həddi və formalaşması yolları barədə bilgilərin sayta yerləşdirilməsidir.
10. Vətəndaşların qəbulundan imtinanın əsasları və qəbulla bağlı mübahisələrin həlli yolları haqqında bilgilərin verilməsi də zəruridir.
11. Yaxşı olardı ki, saytda nazirliyin keçirdiyi tender və müsabiqələr haqqında da bilgilər yerləşdirilsin.
12. Ədliyyə Nazirliyinin qanun və norma yaradıcılığı ilə bağlı fəaliyyətinin də saytda əks etdirilməsi zəruridir.
13. Saytın texniki imkanlarının yüksək olması barədə fikir söyləmək üçün orada olan işləməyən keçidlərin işlək keçidlərlə əvəz edilməsi zəruridir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV