Azərbaycan Respublikası Mərkəzi Bankının www.nba.az domen ünvanlı İnternet resursu monitoringin nəticələri ilə bağlı icmalda da qeyd etdiyimiz kimi yetərincə dolğun deyil. Yəni sayt bir sıra informasiyalar barədə heç bir bilgi vermir. Bununla belə onu təkmilləşdirmək imkanları da yox deyil. Məhz bunu nəzərə alaraq aşağıda saytın təkmilləşdirilməsi ilə bağlı bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurumun əvvəlki rəhbərləri barədə də bilgi verilməsi məqsədəuyğun olardı.
2. Həm ümumi xarakterli, həm də ayrı-ayrı rəhbər şəxslər və struktur vahidlərinin e-poçt ünvanlarının təqdim edilməsinə ehtiyac var.
3. Qurumun struktur bölmələrinin ünvanları və onların səlahiyyət çərçivələri barədə də bilgi verilməsi zəruridir.
4. Qurumun carı fəaliyyəti barədə bilgilər sırasından daxili xarakterli əmr və sərəncamların saytda əks etdirilməsinə ehtiyac var.
5. Bu kategoriyadan olan daha bir zərurət qurumun həyata keçirdiyi proqram və layihələrlə bağlıdır.
6. Qurumun təklif etdiyi xidmətlər barədə ayrıntılı və geniş bilgi verilməsi zəruridir.
7. Dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsi haqqında bilgilərin olmaması saytın ciddi qüsurlarından sayıla bilər.
8. İşə qəbulla bağlı elanların yerləşdirilməsi yetərli sayıla bilməz. Burada həm də işə qəbulun norma və qaydalarını təqdim etmək lazımdır.
9. Vətəndaşların qəbulu ilə bağlı saytda heç bir bigli verilməməsi ən azı təəccüb doğurur.
10. Sahə işçilərinin əmək haqları haqqında bilgi verilməsi zəruridir.
11. Tender və müsabiqələrlə bağlı bölmədə nəticələr haqqında da məlumata gərək var.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgi verilməsi vacibdir.
13. Saytın texniki imkanlarına gəlincə demək istərdik ki, burada abunə və e-poçt də təklif edilməsi yaxşı olardı.