Tuesday 23rd April 2024,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikası Tarif Şurasının www.tariffcouncil.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Tarif Şurasının www.tariffcouncil.gov.az domen ünvanlı İnternet resursu, icmalda da qeyd etdiyimiz kimi, yarımçıq təsiri bağışlayır. Ancaq onu da demək lazımdır ki, bu yarımçıq resursun təkmilləşdirilmə imkanları da yox deyil. Ona görə də saytın təkmilləşdirilməsi ilə bağlı bəzi tövsiyələrimizi diqqətə çatdırmaq istərdik:

1. Yaxşı olardı ki, saytda quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgi verilsin.

2. Ziyarətçilərin əks əlaqəsini daha da asanlaşdırmaq üçün e-poçt ünvanları da təklif etmək lazımdır. Üstəlik qurumun ünvanının marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat vasitələri barədə bilgi verilməsi yaxşı olardı.

3. Struktur bölmələri ilə əlaqə imkanlarını daha mükəmməl şəkildə təqdim etmək lazımdır. Həm də onların səlahiyyət çərçivələri və dəqiq ünvanları da verilməlidir.

4. Şuranın struktur bölmələri rəhbərlərinin biografik bilgiləri saytda yer alarsa yaxşı olar.

5. Qurumun cari fəaliyyətinin işıqlandırılmasında operativliyə ehtiyac var. Bundan başqa qurumun icra etdiyi proqram və layihələr barədə də bilgi verilməlidir.

6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntıları saytda yer almalıdır.

7. Qurumun təklif etdiyi xidmətlər haqqında da bilgi verilməlidir.

8. İşə qəbulla bağlı ümumi xarakterli bilgi və keçidin verilməsi yetərli deyil. Buraya boş iş yerləri və qurum daxilində ixtisasartırma imkanları barədə də bilgilər əlavə edilməlidir.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilər saytda əks olunmalıdır.

10. Vətəndaşların qəbulu ilə bağlı bilgilər də verilməlidir.

11. Tender və yarışmalar haqqında ətraflı bilgilərə gərək var.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı da bilgi verilməsi zəruridir.

13. Sayt abunə yazılışı da təklif edilsə işin xeyrinə olar.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV