Saturday 07th December 2024,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin www.mct.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunları /İCMAL/

posted by

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin www.mct.gov.az domen ünvanlı İnternet resursu, çox təəssüflər olsun ki,  yarımçıqdır. Saytda xeyli informasiya toplansa da burada ən vacib sayıla biləcək bilgilər yoxdur. Ancaq onu da qeyd etmək lazımdır ki, saytın texniki imkanları ilk baxışdan əlverişli görünsə də hər bir səhifənin ziyarəti zamanı bilgisayardan izn istənilir. Açığı bunun nə üçün belə edildiyi anlaşılan deyil. Beləliklə, nazirliyin saytında gördüklərimiz:

1. Nazirliyin özü barədə bilgilər dolğun sayıla bilər. Ancaq burada quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgi yoxdur.

2. Ziyarətçilərin əks əlaqəsi üçün təklif edilən imkanlar çox zəifdir. Təəccüb doğuran odur ki, burada heç nazirliyin ünvanı və telefon nömrələri belə verilmir. Yalnız bir ümumi xarakterli e-poçt ünvanı təklif edilir. Daha bir təklif isə onlayn müraciət formasıdır.

3. Qurumun strukturu, sxematik olmasa da, təklif edilir. Ancaq struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri haqqında heç nə deyilmir.

4. Qurumun rəhbərləri barədə biografik bilgilər var. Ancaq struktur bölmələrinin rəhbərləri barədə bunu demək olmaz.

5. Qurumun cari fəaliyyəti, yetərincə operativ olmasa da, saytda əks olunur. Bununla belə burada qurumdaxili əmr və sərəncamlar haqqında heç nə deyilmir. Üstəlik qurumun icra etdiyi proqram və layihələr də əks olunmur.

6. Dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntıları saytda öz əksini tapmayıb.

7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə çox az bilgi verilib.

8. Boş iş yerləri və işə qəbul haqqında heç bir bilgi verilməyib.

9. Eyni hal sahə işçilərinin əmək haqları ilə bağlı bölməyə də aiddir.

10. Vətəndaşların qəbulu ilə bağlı bilgilər çox azdır və ayrıntıları demək olar ki, yoxdur.

11. Qurumun həyata keçirdiyi tender və müsabiqələr haqqında heç bir bilgi yoxdur.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti də saytda əks olunmur.

13. Saytın texniki imkanlarına gəlincə isə demək lazımdır ki, burada da ciddi problemlər var. İlk baxışdan yaxşı təsir bağışlayan sayt ziyarət sırasında süni əngəlləri ilə seçilir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV