Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin www.mdi.gov.az domen ünvanlı İnternet resursu, icmaldan da göründüyü kimi elə də zəngin deyil. Ancaq bununla belə saytın texniki imkanları yetərli hesab edilə bilər və bu baxımdan onun təkmilləşdirilməsi üçün tövsiyələr verməyə dəyər. Ona görə də aşağıda bəzi tövsiyələrimizi qeyd edirik:
1. Yaxşı olardı ki, ziyarətçilərin əks əlaqəsi üçün ünvanın marşrut və sxemi, həmçinin bura gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilsin.
2. Qurumun strukturunun sxemini də ziyarətçilərə təklif etmək lazımdır.
3. Qurumun bütün rəhbərlərin biografik bilgilərini sayta əlavə etmək vacibdir.
4. Əks əlaqə üçün daha ayrıntılı bilgilər təklif edilməlidir. Yəni burada e-poçt ünvanları və onlayn yazışma formasına da gərək var.
5. Qurumdaxili əmr və sərəncamları da saytda əks etdirmək lazımdır. İcra edilən proqram və layihələr barədə bilgi verilməsi zəruridir.
6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntıları da saytda əks olunmalıdır.
7. Qurumun təklif etdiyi xidmətlər barədə bilgi verilməlidir.
8. İşə qəbul qaydaları və boş iş yerləri barədə bilgiləri sayta əlavə etmək lazımdır.
9. Sahə işçilərinin əmək haqlarını da əhatə etməkdə fayda vardır.
10. Vətəndaşların qəbul günləri və saatlarıyla bərabər bu sahədə ortaya çıxacaq mübahisələrin həlli yolları barədə də bilgi verilməlidir.
11. Qurumun keçirdiyi tender və müsabiqələri də saytda əks etdirmək zəruridir.
12. Nazirliyin norma- (qanun)yaratma fəaliyyəti haqda bilgi verilərsə işin xeyrinə olar.
13. Saytın texniki imkanları sırasına onlayn yazışma forması və abunə imkanı da əlavə edilməlidir.