Thursday 21st November 2024,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikası Vergilər Nazirliyinin www.taxes.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunları /İCMAL/

posted by

Azərbaycan Respublikası Vergilər Nazirliyinin www.taxes.gov.az domen ünvanlı İnternet saytı, hiss edilir ki, yenə də öncüllüyünü qoruyacağa bənzəyir. Baxmayaraq ki, əvvəlki variantda da sayt yetərincə təkmil sayıla bilərdi, onun üzərində son aylarda aparılan təkmilləşdirmə işi bu resursu müasir tələblərə yüksək səviyyədə cavab verə biləcək həddə çatdırıb. Əlbəttə, bu cür nümunə olması baxımından nazirliyin saytı çox sevindiricidir. Bununla belə onu da qeyd etməliyik ki, saytda bəzi informasiyaların çatışmadığı da hiss edilməkdədir. Ümumi mənzərə isə aşağıdakı kimidir:

1. Qurumun özü haqqında bilgilər mükəmməl hesab edilə bilər. Çatışmayan daha öncə ona başçılıq etmiş şəxslər barədə ayrıca bilginin olmamasıdır.

2. Ziyarətçilərin əks əlaqəsi üçün ən mükəmməl imkanlar təklif edilir.

3. Qurumun strukturu da öz mükəmməlliyi ilə seçilir. İrad tutulacaq heç bir yönü yoxdur.

4. Rəhbər və rəhbər işçilər haqqında, əks əlaqə imkanları barədə bilgilər yetərincə sayıla bilərdi. Ancaq burada struktur bölmələrinin rəhbərləri barədə biografik bilgilər gözə dəymir.

5. Qurumun cari fəaliyyəti barədə bilgilər mükəmməldir.

6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntıları barədə bilgi verilsə də burada bəzi çatışmazlıqlar var.

7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bilgilər də yetərli sayıla bilər.

8. Boş iş yerləri və işə qəbul qaydaları barədə bilgilər tam deyil. Burada mümkün komissiyalar və qurum daxilində ixtisas dəyişmə imkanları barədə bilgi yoxdur.

9. Sahə işçilərinin əmək haqları barədə bilgi verilmir.

10. Ayrı-ayrı vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul vaxtları göstərilsə də qəbulun qaydaları və qəbuldan imtinanın əsasları barədə heç nə deyilmir.

11. Tender və müsabiqələr barədə bilgilər də tam sayıla bilməz. Burada tenderlərin nəticələri haqqında, həmçinin bu sahədə ortaya çıxan mübahisələrin həlli qaydaları barədə bilgi verilmir.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti yetərli sayıla bilər.

13. Saytın texniki imkanları ən mükəmməl səviyyədədir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV