Diaspora İlə İş Üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az domen ünvanlı İnternet resursu haqqında icmalda yer alan fikirlərə əsaslanaraq onunla bağlı hər hansı ayrıntılı tövsiyə verməkdən vaz keçməli oluruq. Çünki həm saytın özünün texniki tərtibatı, həm də məzmunu onu deməyə əsas verir ki, əslində bu komitənin mövcud normalar cavab verən İnternet resursu yoxdur. Mövcud olan resurs isə hansısa həvəskar tərtibatçının öz maraqlarına uyğun qurduğu bir sayt təsiri bağışlayır.
Ona görə də bu komitə özünə yeni bir İnternet rersursu qurarsa problemi həll etmiş olar.