Bir qayda olaraq dövlət qurumlarının İnternet resurslarının monitoringi zamanı onların tərkibinin zənginliyi və müvafiq standartlara uyğunluğunu nəzərə almalı oluruq. Ancaq Diaspora İlə İş Üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az domen ünvanlı İnternet resursu o qədər zəif və standartdankənardır ki, onunla bağlı heç icmal belə yazmaq imkanı yoxdur.
Yəni saytda faktiki olaraq bizim apardığımız monitoringin çərçivəsinə düşə biləcək heç bir bilgi yoxdur.
Düzdür, bəzi bilgilər var kimi görünür. Ancaq onların məzmunu o qədər zəifdir ki, elə yox kimi bir şey hesab eləmək olar.
Ümumi hesabla isə bizim monitoring zamanı söykəndiyimiz 67 kriterdən cəmi 8-i üzrə, onların da əksəriyyəti yarımçıqdan da aşağı olmaqla, bilgisi olan saytın icmalını yazmaq heç məqsədəuyğun deyil.
O baxımdan komitənin İnternet resursunun geniş icmalını verməyi məqsədəuyğun hesab etmədik