Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin www.scfwca.gov.az domen ünvanlı İnternet resursu, icmalda da vurğuladığımız kimi, xeyli zəif təsir bağlşlayır. Saytda informasiya kasadlığı nəzərə çarpır. Üstəlik operativlik baxımından da resursda problemlər var. Ancaq onu da demək lazımdır ki, saytın təkmilləşdirilmə imkanları da yox deyil. Bunu nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi diqqətə çatdırırıq:
1. Qurumun özü haqqında bilgilər sırasına ona daha öncə başçılıq etmiş şəxslər barədə bilgi də əlavə etmək lazımdır.
2. Əks əlaqə üçün təklif edilən imkanları bir qədər daha ayrıntılı və dolğun şəkildə təqdim etmək vacibdir.
3. Qurumun strukturunu həm də sxematik şəkildə təqdim etmək lazımdır. Həm də struktur bölmələrinin səlahiyyət çərçivələri və onların ünvanları barədə bilgi vermək lazımdır.
4. Rəhbər və rəhbər işçilər haqqında biografik bilgiləri sayta əlavə etmək vacibdir. Eyni zamanda əks əlaqə üçün ayrıntılı bilgilərə gərək var.
5. Qurumun cari fəaliyyətinin işıqlandırılmasında operativliyi artırmaq vacibdir. Həm də qurumdaxili əmr və sərəncamları burada işıqlandırmaq vacibdir.
6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntılarını saytda təqdim etmək lazımdır.
7. Qurumun təklif etdiyi xidmətlər barədə bilgi vermək məqsədəuyğundur.
8. Boş iş yerləri və işə qəbul qaydaları haqqında da eyni şeyi demək olar.
9. Sahə işçilərinin əmək haqları ilə bağlı bilgiləri mütləq saytda əks etdirmək lazımdır.
10. Vətəndaşların qəbulu ilə bağlı ayrıntılı bilgilərin verilməsinə ehtiyac var.
11. Tender və müsabiqələr barədə də eyni fikri səsləndirmək olar.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyətini əhatə etmək məqsədəuyğun olardı.
13. Saytın texniki imkanları sırasına abunəni də əlavə etmək lazımdır.