Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az domen ünvanlı İnternet resursu, icmalda da qeyd etdiyimiz kimi, ən yeni resurslardan biri kimi diqqəti cəlb edir. Bu resurs bir çox dövlət qurumlarının uyğun resurslarından müsbət mənada fərqlənir. Ancaq bu heç də o demək deyil ki, bu sayt tam mükəmməldir. Yəni saytda bir sıra çatışmazlıqlar vardır ki, aşağıdakı tövsiyələrimiz onun təkmilləşdirilməsinə yönəlikdir:
1. Ziyarətçilərin əks əlaqəsi üçün imkanlar qurumun ünvanının marşrut və sxeminin, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgilərin əlavə edilməsi vacibdir.
2. Qurumun strukturu haqqında bilgi verilməsi zəruridir.
3. Ayrı-ayrı struktur vahidləri ilə əlaqə imkanlarını ayrıca göstərmək lazımdır.
4. Qurumun cari fəaliyyəti sırasına qurumdaxili əmr və sərəncamlar barədə, həmçinin onun həyata keçirdiyi layihə və proqramlar haqqında bilgi əlavə etmək lazımdır.
5. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsi barədə saytda bilgi yerləşdirilməlidir.
6. Qurum tərəfindən təklif edilən xidmətlər siyahısında pullu xidmətlərin və mütləq pulsuz xidmətlərin siyahısı verilməlidir.
7. Boş iş yerləri və işə qəbul qaydaları haqqında da bilgi verilməlidir.
8. Sahə işçilərinin əmək haqları barədə də eyni fikri söyləmək olar.
9. Vətəndaşların qəbulu ilə bağlı bilgilərdə qayda və normalar haqqında ümumi informasiya, həmçinin qəbuldan imtinanın əsasları haqqında bilgilərin olması zəruridir.
10. Tender və müsabiqələr bölməsində ciddi tamamlama işləri aparılmalıdır.
11. Qurumun norma- (qanun)yaratma fəaliyyətini də saytda daha geniş əks etdirmək lazımdır.
12. Saytın texniki imkanları sırasına abunə təklifi əlavə etmək lazımdır.