Azərbaycan Respublikası Lənkəran Şəhər Bələdiyyəsinin lenkeran.belediyye.az domen adlı İnternet resursu, icmalda da qeyd etdiyimiz kimi, heç də ürəkaçan durumda deyil. Sayt kasad bir resurs təsiri bağışlayır. Üstəlik də elə də ciddi şəkildə yeniləndiyi hiss olunmur. Ümumiyyətlə isə saytda informasiya bolluğunun olduğunu demək olmaz. Bu da ondan xəbər verir ki, sayt üzərində ciddi təkmilləşdirmə işləri getməlidir. Ona görə də aşağıda bəzi tövsiyələrimizi diqqətə çatdırırıq:
1. Qurum haqqında bilgilər sırasına ona daha öncə başçılıq etmiş şəxslər barədə bilgi əlavə edilməlidir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün imkanlar sırasına e-poçt ünvanı və qurumun ünvanının marşrut və sxemi barədə bilgi daxil etmək məqsədəuyğun olardı.
3. Qurumun strukturu haqqında normal və sxematik bilgi verilməlidir.
4. Rəhbərin özü və bütün bələdiyyə üzvləri haqqında biografik bilgi verilməlidir.
5. Qurumun cari fəaliyyəti barədə cari sayıla biləcək bilgilər verilməlidir.
6. Saytın texniki imkanları sırasına abunə təklifi də əlavə edilməlidir.
7. Yerdə qalan bəndlər (büdcə, təklif edilən xidmətlər, işə qəbul, əmək haqları, vətəndaşların qəbulu, tender və müsabiqələr, normayaratma) üzrə də bilgi vermək lazımdır.