Lənkəran Şəhər Bələdiyyəsinin lenkeran.belediyye.az domen adlı İnternet resursu digər bələdiyyə resursları kimi heç də ürəkaçan durumda deyil. Sayt kasad bir resurs təsiri bağışlayır. Üstəlik də elə də ciddi şəkildə yeniləndiyi hiss olunmur. Ümumiyyətlə isə saytda informasiya bolluğunun olduğunu demək olmaz. Saytın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Qurum haqqında bilgilər yetərli sayıla bilərdi. Yalnız burada ona daha öncə başçılıq etmiş şəxs barədə bilgi çatışmır.
2. Ziyarətçilərin əks əlaqəsi üçün imkanlar təklif edilir. Ancaq burada e-poçt ünvanı və qurumun ünvanının marşrut və sxemi barədə bilgi yoxdur.
3. Qurumun strukturu haqqında demək olar ki, bilgi yoxdur.
4. Rəhbərin özü və başqa bələdiyyə üzvləri haqqında (bəziləri istisan olmaqla) bilgi yoxdur.
5. Qurumun cari fəaliyyəti barədə bilgilər var, ancaq çox köhnə olduğundan heç cari sayıla bilməz.
6. Saytın texniki imkanları yetərli sayıla bilər.
7. Yerdə qalan bəndlər (büdcə, təklif edilən xidmətlər, işə qəbul, əmək haqları, vətəndaşların qəbulu, tender və müsabiqələr, normayaratma) üzrə isə heç bir bilgi yoxdur.