Azərbaycan Respublikası Nazirlər Kabinetinin İnternet resursunun işinin təkmilləşdirilməsi ilə bağlı elə də ciddi tövsiyələr irəli sürmək üçün imkan yox dərəcəsindədir. Demək olar ki, sayt bir neçə bölmədən ibarətdir və həmin bölmələrdə də çox tutarlı informasiyaların toplandığını demək olmaz.
Ona görə də bu saytla bağlı ayrıntılı tövsiyələr verməyi məqsəd uyğun hesab etmədik. Sadəcə , düşünürük ki, Nazirlər Kabinetinin İnternet resursu yenidən qurulmalıdır. Yaxşı olardı ki, heç olmasa bu dəfəki monitorinqdən sonra Nazirlər Kabinetinin müvafiq yetkililəri bir nəticə çıxarıb saytın normal işini təmin etsinlər.