Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin www.bakucity.az domen ünvanlı İnternet resursu, icmaldan da göründüyü kimi operativlik və dolğunluq baxımından ciddi şəkildə axsamaqdadır. Sayt yaxşı təsir bağışlasa da onunla mütəmadi məşğul olan səlahiyyət sahiblərinin yoxluğu hiss olunmaqdadır. Bununla belə o da nəzərə alınmalıdır ki, saytı təkmilləşdirmək imkanları da yox deyil. Ona görə də aşağıda bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurumun özü haqqında bilgilər sırasına ona daha öncə başçılıq etmiş şəxslər barədə bilgi əlavə edilməlidir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün vasitələr sırasına onun ünvanının marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat vasitələri barədə bilgi əlavə etmək lazımdır.
3. Qurumun strukturunun sxemini də yerləşdirmək yaxşı olardı.
4. Rəhbər işçilər və struktur bölmələri rəhbərləri barədə biografik bilgiləri sayta əlavə etmək işin faydasına olardı.
5. Qurumun cari fəaliyyətini dövrün ruhuna uyğun şəkildə işıqlandırmaq lazımdır.
6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsi barədə ayrıntılı bilgilər verilməlidir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında da eyni şeyi demək olar.
8. Boş iş yerləri və işə qəbul qaydalarını saytda əks etdirmək lazımdır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgi verilməlidir.
10. Vətəndaşların qəbul qaydaları və qəbul vaxtları ilə bərabər bu sahədə ortaya çıxacaq mübahisələrin həlli qaydaları da saytda əks olunmalıdır.
11. Tender və müsabiqələr haqqında bilgi verilməlidir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyətini də saytda əks etdirmək lazımdır.
13. Sayta abunə və onlayn yazışma forması əlavə etmək faydalı olardı.