Azərbaycan Respublikası Dövlət Migrasiya Xidmətinin www.migration.gov.az domen ünvanlı İnternet resursu, hər halda, çox gərəkli saytlar sırasındadır. Həm ölkədə çoxsaylı qaçqın və məcburi köçkün ordusunun olması, həm də ölkəmizə gələnlərin çoxluğu baxımından bu resurs diqqəti cəlb edəndir. Ona görə də burada yer alan bilgilərə bir göz atıb icmalını təqdim etmək zəruridir. Beləliklə, saytda gördüklərimiz:
1. Qurumun özü haqqında bilgilər yetərli sayıla bilərdi. Burada yalnız quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgi çatışmır.
2. Ziyarətçilərin əks əlaqəsi üçün ümumi imkan yetərlidir. Ancaq struktur bölmələri ilə əlaqə imkanları barədə bilgi verilmir.
3. Strukturun sxemi yetərli sayıla biləcək şəkildə verilib. Ancaq struktur bölmələri rəhbərləri və onlarla əlaqə imkanları göstərilmir.
4. Rəhbər işçilərdən yalnız qurumun başçısının biografiyası verilir. Digər vəzifəli şəxslərin biografiyaları isə gözə dəymir.
5. Qurumun cari fəaliyyəti yaxşı əks olunur. Burada çatışmayan qurumdaxili əmr və sərəncamlar və onların reyestridir.
6. Daha bir çatışmazlıq qurumun həyata keçirdiyi proqram və layihələrlə bağlıdır.
7. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntıları da saytda əks olunmur.
8. Qurum tərəfindən təklif edilən xidmətlər barədə heç bir bilgi verilmir.
9. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər də nəzərə çarpmır.
10. Sahə işçilərinin əmək haqları ilə bağlı da hər hansı bilgi yoxdur.
11. Vətəndaşların qəbul günləri və saatları verilsə də qəbuldan imtinanın əsasları və ortaya çıxan mübahisələrin həlli yolları haqqında bilgi verilmir.
12. Tender və müsabiqələr haqqında da hər hansı bilgi yoxdur.
13. Qurumun norma- (qanun)yaratma fəaliyyəti saytda əks olunmayıb.
14. Saytın texniki imkanları normal olsa da burada abunə təklifi yoxdur.