Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin www.azstand.gov.az domen ünvanlı İnternet resursu, icmalda da qeyd etdiyimiz kimi, heç yarımçıq belə adlana bilməyəcək durumdadır. Yəni saytda faktiki olaraq informasiya qıtlığına rast gəlmək mümkündür. Düzdür, bir sıra informasiyalar verilibsə də onların tam və dolğun olmaması elə yoxluq kimi bir şey sayıla bilər. Qısaca desək, sayt nəzərdə tutulan tələblərə heç cavab vermir və bu baxımdan yenidən işlənib hazırlanmasına gərək var. Ona görə də komitənin saytının təkmilləşdirilməsi ilə bağlı hər hansı ayrıntılı tövsiyə vermək yerinə sadəcə saytın yenidən və daha normal bir şəkildə qurulması vacibliyini vurğulamaq istərdik.