Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin www.azstand.gov.az domen ünvanlı İnternet resursu heç də belə resurslar üçün nəzərdə tutulan standartlara uyğun deyil. Saytda demək olar ki, informasiya kasadlığı hiss olunur. Elə də ciddi dolğunluğu olmayan sayt faktiki olaraq heç yarımçıq da hesab edilə bilməz. Bizim monitoring üçün nəzərdə tutduğumuz 67 parametrdən yalnız 14-ə uyğun informasiyanın olduğu saytı geniş şərh etmək də doğru olmazdı. Üstəlik nəzər alsaq ki, həmin 14 parametrə uyğun informasiyaların da əksəriyyəti dolğun və tam deyil. Bu isə o deməkdir ki, sayt sadəcə gözdən pərdə asmaq üçün, yaxud da hesabat vermək üçün qurulub və bu cür saytı əslində yox saymaq da olar. Saytın ümumi durumunu nəzərə alaraq onunla bağlı ayrıntılı icmal yazmağa da lüzum görmədik.