Thursday 21st November 2024,

2010

Ξ Leave a comment

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin www.mfa.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikasının vacib dövlət struktur vahidlərindən biri olan Xarici İşlər Nazirliyinin www.mfa.gov.az domen ünvanlı İnternet resursunda öncəki müşahidələrimizlə müqayisədə bir xeyli dəyişiklik nəzərə çarpır. Bununla belə saytın tam dolğun olduğunu deyə bilməmiz üçün hələ çox iş görülməsinə gərək duyulmaqdadır. Saytda əsas göstəricilər üzrə informasiyaların demək olar ki, böyük əksəriyyəti gözə dəymir. Bununla belə ümumi hesablar gərək olan minimum bilgiləri tapmaq mümkündür. Beləliklə, aşağıda bölmələr üzrə saytın informasiya yükü haqqında müşahidələrimizi təqdim edirik:

1. Qurum haqqında bilgilər yetərli həddədir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün vasitələr təqdim edilib. Lakin qurumun ünvanının marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat vasitələri barədə bilgi yoxdur.

3. Qurumun strukturu haqqında bilgilər verilib. Ancaq bu bilgilər də yarımçıqdır. Ondan başqa struktur bölmələri ilə əlaqə saxlamaq üçün ayrıca bilgilər yoxdur

4. Rəhbərliyə daxil olan bütün şəxslər haqqında biografik bilgilər var. Ancaq struktur bölmələrinin başçıları haqqında heç bir bilgi yoxdur. Həm də nazir və onun müavinləri ilə əks əlaqə üçün imkanlar göstərilmir.

5. Qurumun cari fəaliyyəti haqqında bilgilər verilsə də bunları yetərli hesab etmək olmaz. Çünki bu qurum gündəlik fəaliyyət göstərən dövlət struktur vahidi olsa da saytda yayımlanan xəbərlər arasında günlərlə, bəzən də həftələrlə ölçülə biləcək fərqlər var.

6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi yoxdur.

7. Qurum tərəfindən təklif edilən xidmətlər sırasında xüsusi olaraq viza xidmətlərini qeyd etmək olar ki, istənilən şəxs nazirliyin bu xidmətləri haqqında lazım olan bütün bilgiləri ala biləcək.

8. Boş iş yerləri və işə qəbul qaydaları haqqında ümumi və yetərli şəkildə məlumat təqdim edilir. Lakin işə qəbulla bağlı başqa gərəkli bilgilər və boş iş yerləri haqqında isə ümumiyyətlə heç bir bilgi yoxdur.

9. Sahə işçilərinin əmək haqları ilə bağlı da heç bir məlumat verilmir.

10. Vətəndaşların qəbulu ilə bağlı ümumi xarakterli qəbul günləri və saatları haqqında bilgi verilsədə bu yetərli sayıla bilməz.

11. Tender və yarışmalar haqqında hər hansı bilgi verilmir.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti də saytda əks olunmur.

13. Saytın texniki imkanları yetərli olsa da abunə və onların müraciət imkanları təklif edilmir.

      Məqaləni paylaş

      Leave a Reply

      Axtar

      XƏBƏR LENTİ

      SOSİAL LİNKLƏR

      • Axrıncı xəbərlər
      • Şərhlər
      • Teqlər

      arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

      ARXİV