Saturday 27th April 2024,

2010

Ξ Leave a comment

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin www.mct.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin www.mct.gov.az domen ünvanlı İnternet resursu ilk baxışdan zəngin sayt təsiri bağışlayır. Burada ölkə turizmi və mədəniyyəti haqqında olduqca faydalı bilgilər toplanıb. Araşdırmaçılar və sadəcə bu sahəylə maraqlananlar üçün faydalı bir resurs hesab etmək olar. Bununla bərabər saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan informasiyaların da bir qimi yer alıb. Ancaq bu heç də o demək deyil ki, gərəkli bütün bilgilər saytda yerləşdirilib. Bəzi informasiyalar haqqında səhifələrə keçid verilsə də onlar çox zaman boş çıxır. Yerdə qalanların bir qismi isə yetərincə mükəmməl sayıla bilər.

1. Qurumla bağlı informasiyaları yetərli saymaq olardı. Lakin burada bu vaxta qədər nazirliyə başçılıq etmiş şəxslər haqqında bilgi yoxdur. Yalnız hazırkı nazir haqqında bilgi verilir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün imkanlar yetərli deyil. Qurumun yeri, bir ümumi e-poçt ünvanı, telefon və faks nömrələri verilib. Ancaq quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi verilmir.

3. Qurumun strukturunun sxemi verilməsə də ümumi bilgilər və struktur bölmələrinin rəhbərlərinin adları təqdim edilir. Lakin onlarla əks əlaqə üçün ayrıca imkan təklif edilmir. Struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgi verilsə də onların yerləşdiyi ünvan haqqında heç bir bilgi yoxdur.

4. Əsas rəhbər və müavinləri haqqında bioqrafik bilgilər verilib. Ancaq struktur bölmələrinin rəhbərləri haqqında bunu demək olmaz. Əks əlaqə üçün isə sadəcə ümumi imkanlar təklif edilir.

5. Qurumun cari fəaliyyəti haqqında bilgilər ətraflı şəkildə təqdim edilməklə yanaşı quruma aid hər cür başqa informasiyalar da saytda yer alıb. Ancaq qurumun həyata keçirdiyi proqram və layihələr haqqında, eyni zamanda qurumdaxili əmr və qaydaların reyestri barədə heç bir məlumat yoxdur. 

6. Ümumi dövlət büdcəsi ilə bağlı heç bir bilgi verilmir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında yarımçıq da olsa bilgi var. Ancaq xidmətlərin siyahısı ayrıca təqdim edilmir. Həmçinin xidmətlər üçün tələb olunan rüsumlar haqqında bilgilər də əlçatan şəkildə deyil.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir məlumat təqdim edilmir.

9. Sahə işçilərinin əmək haqları ilə bağlı da heз bir məlumat verilmir.

10. Vətəndaşların qəbul günləri və saatları haqqında yetərli bilgi verilsə də qəbul qaydaları, qəbuldan imtinanın əsasları və mübahisələrin həlli haqqında heç bir bilgi yoxdur.

11. İlk baxışdan tender və yarışmalar haqqında bilgi verildiyi görüntüsü yaransa da bölmə boşdur.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında heç bir bilgi yoxdur.

13. Saytın texniki imkanlarını kafi hesab etmək olar.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV