Thursday 25th April 2024,

2010

Ξ Leave a comment

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkminləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az domen adlı İnternet resursunda çatışmazlıqlar olsa da onun işini təkmilləşdirmək mümkündür. Yəni bu saytın üzərində müəyyən işləri aparmaqla onun informasiya təminatını yaxşılaşdırmaq olar. Aşağıdakı bəndlər üzrə təklif edəcəyimiz tövsiyələr də elə buna hesablanıb.

1. Qurumun özü haqqında bilgilərə hazırkı nazir, onun müavinləri, həmçinin quruma daha öncə başçılıq etmiş şəxslər haqqında bioqrafik bilgiləri əlavə etmək gərəklidir.

2. Ziyarətçilərin əks əlaqəsini yaxşılaşdırmaq üçün qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin saytda yer alması gərəklidir.

3. Yaxşı olardı ki, qurumun strukturu sxem şəklində təqdim edilsin. Həmçinin onun struktur bölmələri haqqında gərəkli bilgilər – onların ünvanları və səlahiyyət çərçivələri barədə informasiyalar burada əks etdirilsin. Üstəlik, struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının, onların bioqrafiyalarının burada yerləşdirilməsi tövsiyə edilir.

4. Yaxşı olardı ki, nazir də daxil olmaqla bütün rəhbər işçilər haqqında bilgi verilsin. Həm də onlarla əks əlaqə üçün ayrıca imkanlar təklif edilsin.

5. Qurumun cari fəaliyyəti haqqında bilgilərə qurumun həyata keçirdiyi proqram və layihələr, həmçinin qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqında bilgi verilməsi də gərəklidir.

6. Ümumi dövlət büdcəsi üzrə bilgilər mütləq şəkildə təqdim edilməlidir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər bölməsində pullu xidmətlərin siyahısı və onların qiymətlərinin müəyyənləşmə qaydaları haqqında bilgi verilməsi zəruridir.

8. Yaxşı olardı ki, qurumun kadr siyasəti haqqında ayrıntılı bilgi verilsin. Həm də boş iş yerləri haqqında elanların çox köhnə olması diqqətə alınmalıdır.

9. Sahə işçilərinin əmək haqları üzrə bilgilərin də təqdim edilməsi gərəklidir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təəccüb doğuracaq bilgi yoxluğunun aradan qaldırılması gərəklidir.

11. Tender və yarışmalar haqqında bilgilərə ən yeni elanlarla bərabər tender və yarışmaların keçirilmə qaydaları, onların nəticələri, mübahisələrin həlli yolları haqqında bilgilərin verilməsi zəruridir.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilərin təqdim edilməsi gərəklidir.

13. Saytın texniki imkanları sırasına abunə və əks əlaqə üçün onlayn forma (əgər sual vermək üçün formanı nəzərə almasaq) əlavə etmək lazımdır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV