Saturday 27th April 2024,

2010

Ξ Leave a comment

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az domen ünvanlı İnternet resursunda xeyli faydalı bilgi olsa da ondan daha çox çatışmayan informasiyalar var. Saytın funksionallığı normal hesab edilə bilər. Di gəl ki, burada bəzən təəccüb doğuracaq informasiya yoxluğuna da rast gəlmək mümkündür. Misal üçün, saytda səhiyyə nazirinin nəinki bioqrafiyasını, hətta onun adını belə tapmaq müşkül məsələdir. Halbuki tələblərə görə, nazirin bioqrafiyası ayrıca təqdim edilməlidir. Ümumilikdə isə, bu saytın durumu aşağıdakı kimidir:

1. Qurumun özü haqqında bilgiləri mükəmməl hesab etmək olardı. Ancaq təəccüb doğuran odur ki, burada nəinki öncəki, heç hazırkı nazir haqqında belə bilgi yoxdur. Həm də nazirin adı belə qeyd olunmayıb.

2. Ziyarətçilərin əks əlaqəsi üçün yer və e-poçt ünvanı, ümumi xarakterli telefon, faks nömrələri, həmçinin mütəxəssisə sual vermək üçün onlayn əlaqə forması var. Lakin qurumun yerləşdiyi ünvanın marşrut və sxemi, eləcə də ora gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi yoxdur.

3. Qurumun strukturu haqqında yalnız bir informasiya verilir. Bu da qurumun sisteminə daxil olan alt bölmə və regional qollar kateqoriyasına aid edilə biləcək informasiyadır. Saytda yerləşdirilmiş xəritə üzrə ölkənin istənilən nöqtəsindəki tibb müəssisəsi haqqında minimum bilgiləri əldə etmək olar. Ancaq nazirliyin özünün strukturu haqqında heç bir bilgi yoxdur.

4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə haqqında bilgilər yox səviyyəsindədir. Nazir də daxil olmaqla heç bir rəhbər işçi haqqında nəinki bioqrafik bilgi yoxdur, hətta onların adlarına belə rast gəlmək mümkün deyildir. Burada rast gəlinən yalnız qurumla əks əlaqə üçün ümumi imkan haqqında bilgilərdir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yarıya qədər təmin edilir. Yəni qurumun cari fəaliyyəti və ona aid olan hər cür başqa informasiyalar yetərli həddə təklif edilir. Ancaq nazirliyin həyata keçirdiyi proqram və layihələr, həmçinin qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqında bilgilər təqdim edilmir.

6. Təəssüf ki, ümumi dövlət büdcəsi ilə bağlı heç bir bilgi təqdim edilmir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər, hətta gərək olan normativlər və ərizə formaları belə təklif edilir. Ancaq pullu xidmətlərin siyahısı və onların qiymətlərinin müəyyənləşmə qaydaları haqqında bilgilər təqdim edilmir.

8. Boş iş yerləri və işə qəbulla bağlı 8 bənddən yalnız ikisi üzrə bilgi var. Bu da bilgilərin yeterli olmaması demekdir. Misal üçün, boş iş yerləri haqqında sonuncu elan cari ilin əvvəlinə aiddir. Digər bəndlər üzrə bilgilər isə yerli-dibli yoxdur.

9. Sahə işçilərinin əmək haqları barədə heç bir bilgi verilmir.

10. Vətəndaşların qəbulu ilə bağlı da hər hansı bilgi verilmir.

11. Tender və yarışmalar haqqında olan 7 bənddən yalnız 2-ndə bilgi verilir. Bu da tenderlər haqqında köhnəlmiş elanlar və elanların arxividir. Sonuncu tender elanı 2009-cu ilin avqust ayına aiddir. Tender və yarışmaların keçirilmə qaydaları, sonucları, mübahisələrin həlli haqqında isə heç bir bilgi verilmir.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da heç bir bilgi verilmir.

13. Saytın texniki imkanlarını yetərli saymaq olardı. Ancaq burada abunə və əks əlaqə üçün onlayn forma (əgər sual vermək üçün formanı nəzərə almasaq) olsaydı.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV