Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin www.mincom.gov.az domen adlı İnternet saytı, icmalda da dediyimiz kimi özünün yüksək texniki imkanları və informasiya zənginliyi ilə diqqəti cəlb edir. Ancaq təəssüflər olsun ki, saytın bir sıra bölmələri üzrə ya informasiya yoxdur, ya da olan informasiyalar təkmilləşdirilməyə ehtiyac duyur. Bunu nəzərə alaraq aşağıda saytın təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi diqqətə çatdırmaq istərdik.
1. Qurum haqqında bilgilər sırasına ona hazırkı nazirə qədər başçılıq edən şəxslər haqqında bilgiləri də əlavə etmək gərəkdir.
2. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin verilməsi gərəklidir.
3. Qurumun strukturu haqqında gərəkli olan bütün bilgilər verildiyi üçün əlavə təkmilləşməyə ehtiyac yoxdur.
4. Yaxşı olardı ki, rəhbər və rəhbər işçilər haqqında bilgilərə struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, həm də əks əlaqə üçün onlayn müraciət forması təklif edilsin.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalara qurumdaxili əmr və qərarlar daha geniş və çevik şəkildə təqdim edilməli və onların reyestri aparılmalıdır.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında bilgi verilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgiləri yetərli saymaq olar və əlavə tövsiyəyə gərək yoxdur.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərə qurum daxilində ixtisasdəyişmə imkanları, işə qəbulun nəticələri, mübahisələrin həlli yolları haqqında bilgilərin də əlavə edilməsi zəruridir.
9. Sahə işçilərinin əmək haqqları barədə bilgilərin də verilməsi gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilərə vətəndaşların qəbul qaydaları, qəbuldan imtinanın əsasları, mübahisələrin həlli yolları haqqında bilgilərin də əlavə edilməsi yaxsı olardı.
11. Qurumun həyata keзirdiyi tender və yarışmalar haqqında bilgilərə tender və yarışmaların keçirilməsi üçün ümumi qaydalar, yaxud da belə yarışmaların nəticələri, mübahisələrin həlli yolları haqqında bilgi verilməsi zəruridir.
12. Yaxşı olardı ki, qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgi yoxluğu aradan qaldırılsın.
13. Saytın texniki imkanları sırasına abunə və onlayn müraciət imkanı da əlavə edilməlidir.