Thursday 21st November 2024,

2010

Ξ Leave a comment

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin www.mincom.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin www.mincom.gov.az domen ünvanlı İnternet resursu bir çox göstəricilərinə görə, olduqca zəngin təsir bağışlayır. Doğrudan da burada sahə üzrə gərəkli sayıla biləcək çox dəyərli informasiyalar toplanıb. Həm də onların istifadəsi üçün yetərli imkanlar təklif edilir. Sayt funksionallığı ilə də yaxşı mənada seçilir. Ancaq digər saytlarda olduğu kimi burada da bir çox bölmələr üzrə informasiya çatışmazlığı özünü göstərir. Elə bölmələr var ki, onlara aid bilgilər yerli-dibli yoxdur. Yaxud da bəzi bölmələr üzrə bilgilər yarımçıq və naqisdir. Aşağıda saytın ümumi mənzərəsini təsvir etməyə çalışmışıq.

1. Qurum haqqında bilgilər demək olar ki, mükəmməldir. Çatışmayan yalnız quruma hazırkı nazirə qədər başçılıq edən şəxslər haqqında bilgilərdir. Düzdür, 1918-ci ildən sonrakı dövrdə bu sahəyə başçılıq edən bəzi şəxslərin adları çəkilir. Ancaq bu da ötəri xarakter daşıyır.

2. Ziyarətçilərin əks əlaqəsi üçün imkanlar da yaxşı dəyərləndirilə bilər. Qurumla əlaqə üçün mümkün olan bütün e-poçt ünvanları, telefon və faks nömrələri, yer ünvanı verilib. Ancaq qurumun ünvanının marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi yoxdur.

3. Qurumun strukturu həm sxem, həm də sözlü şəkildə yetərli sayıla biləcək həddə təqdim edilib. Həmçinin gərəkli olan bütün bilgilər verilir.

4. Rəhbər və rəhbər işçilər haqqında bioqrafik bilgilərdə nazir, onun müavinləri və daha bir neçə məmurun bioqrafiyaları yer alsa da, struktur bölmələrinin rəhbərlərinin yalnız adları verilir. Həmçinin əks əlaqə üçün e-poçt, telefon və faks nömrələri təqdim edildiyi halda, onlayn müraciət formasına rast gəlinmir.

5. Nazirliyin cari fəaliyyəti yetərincə çevik işıqlandırılır. Bu da ondan xəbər verir ki, ictimai əlaqələrə məsul olan kadr öz işinin öhdəsindən layiqincə gəlir. Ancaq, qurumdaxili əmr və qərarların işıqlandırılmasında bir xəsislik hiss edilir. Həm də onların reyestri haqqında məlumat verilmir. Lakin qurumun həyata keçirdiyi proqram və layihələr haqqında bilgilər yetərlidir.

6. Təəssüf ki, ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bir informasiya verilmir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər mükəmməl hesab edilə bilər.

8. Boş iş yerləri və işə qəbulla bağlı səkkiz bənd üzrə bilgilərin yalnız əlli faizi yetərli sayıla bilər. Yerdə qalanı isə ümumiyyətlə yoxdur. Misal üçün, qurum daxilində ixtisasdəyişmə imkanları, işə qəbulun nəticələri, mübahisələrin həlli yolları haqqında heç bir bilgi verilmir.

9. Sahə işçilərinin əmək haqqları ilə bağlı heç bir məlumat yoxdur.

10. Vətəndaşların qəbulu ilə bağlı beş bənddən yalnız biri üzrə bilgi verilir: vətəndaşların qəbul günləri və saatları haqqında. Qəbul qaydaları, qəbuldan imtinanın əsasları, mübahisələrin həlli yolları haqqında heç bir bilgi verilmir.

11. Tender və yarışmalar haqqında yeddi bənddən yalnız üçü üzrə bilgi var. Misal üçün, tender və yarışmaların keçirilməsi üçün ümumi qaydalar yoxdur. Yaxud da belə yarışmaların sonucları, mübahisələrin həlli yolları haqqında bilgi yoxdur.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da heç bir bilgi verilmir.

13. Saytın texniki imkanları yüksək olsa da abunə və onlayn müraciət imkanı təklif edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV