Wednesday 24th April 2024,

2010

Ξ Leave a comment

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin www.mys.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin www.mys.gov.az domen ünvanlı İnternet resursu elə də ciddi bir sayt təsiri bağışlamır. Yəni bu resurs dolğun deyil və bəzən ən adi informasiyalara belə rast gəlmək olmur. Saytın informasiya təminatı ən aşağı həddədir. Halbuki gənclər və idman sahəsinə məsul olan dövlət qurumunun resursundan gözləntilər təbii olaraq daha yüksək və hətta ən yüksəkdir. Saytın bir sıra bölmələrə aid informasiyaları ya yerli-dibli yoxdur, ya da olduqca kasad bir şəkildə təqdim edilib. Aşağıda saytda gördüklərimizi diqqətə çatdırırıq.

1. Qurumla bağlı informasiyalar mövcud olsa da çatışmamazlıqlar da var. Çatışmamazlıqlar ondan ibarətdir ki, nazirliyin tarixi və bu vaxtadək quruma başçılıq edən şəxslər haqqında heç bir bilgi verilmir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün yer və ümumi e-poçt ünvanı, telefon və faks nömrələri, onlayn müraciət forması təklif edilsə də, qurumun ünvanının marşrut və sxemi, həmçinin başqa yerlərdən quruma gəlmək üçün ictimai nəqliyyat haqqında məlumat verilmir.

3. Qurumun strukturu haqqında sözlü olaraq məlumatlar verilir. Ancaq qurumun strukturunun sxemi, struktur bölmələrinin səlahiyyət çərçivələri və onların ünvanları haqqında bilgi yoxdur.

4. Rəhbərlərdən yalnız nazirin bioqrafik bilgiləri təqdim edilir. Başqa heç bir vəzifəli şəxs barədə bu cür bilgilər verilmir. Əks əlaqə üçünsə yalnız onlayn müraciət formasından və ümumi xarakterli telefon, faks nömrələri, e-poçt ünvanından istifadə etmək olar.

5. Qurumun cari fəaliyyəti yetərincə çevik işıqlandırılır və quruma aid olan hər cür başqa informasiyalar da saytda yer alıb.

6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı informasiya verilmir.

7. Qurumun hansı xidmətləri təklif etməsi barədə də bilgi verilmir.

8. Boş iş yerləri və işə qəbulla bağlı da eyni sözləri demek olar.

9. Sahə işçilərinin əmək haqları ilə bağlı bölmədə də durum eynidir.

10. Təəssüf ki, vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də hər hansı informasiyaya rast gəlmək mümkün deyil.

11. Qurumun tender və yarışmaların keçirilməsi ilə bağlı fəaliyyəti saytda əks olunmur.

12. Boş olması ilə təəssüf doğuracaq daha bir bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti.

13. Saytın texniki imkanları əslində pis deyil. Onlayn müraciət forması var. Çatışmayan yalnız abunə imkanıdır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV