Thursday 21st November 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin www.mot.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin www.mot.gov.az domen adlı İnternet resursu heç də adına uyğun dəyərləndirilə bilməz. Sayt dövrün texnoloji imkanları ilə heç bir formada ayaqlaşacaq durumda deyil. Bununla belə saytda faydalı sayıla biləcək informasiyalar da az deyil. Yalnız bu informasiyaların yetərli sayılması baxımından problemlər mövcuddur. Ümumi mənzərə ondan ibarətdir ki, bu sayt yetərincə zəngin və istifadə üçün funksional sayıla bilməz. Aşağıda saytda gördüklərimizi bölmələr üzrə təqdim edirik.

1. Qurumun özü ilə bağlı informasiyalar yetərli sayılacaq həddədir. Yalnız bu vaxta qədər quruma başçılıq edən şəxslər haqqında bilgi çatışmır. İndiki nazirin isə həm bioqrafiyası, həm də onunla əks əlaqə imkanları, qəbul günləri (vaxtları) təqdim edilir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun yer və e-poçt ünvanları, telefon və faks nömrələri təqdim edilir. Ancaq bura gəlmək üçün ictimai nəqliyyat vasitələri haqqında, həmçinin qurumun ünvanının marşrut və sxemi barədə bilgi yoxdur.

3. Qurumun strukturunun optimal sayıla biləcək sxemi və sxem üzərində göstərilən struktur bölmələrinə keçidlər də verilir. Lakin struktur bölmələrinin ünvanları və onların səlahiyyət çərçivələri haqqında bilgi verilmir.

4. Nazir və onun bir müavininin bioqrafiyası verilib. Digər müavinin bioqrafiyası və həmçinin ayrı-ayrı struktur bölmələrinin rəhbərləri haqqında bu bilgilər isə təqdim edilmir. Əks əlaqə imkanları isə yetərli sayıla biləcək həddədir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərincə çevik təsir bağışlamır. Ancaq ümumi mənzərə yaxşıdır. Qurumdaxili əmr və sərəncamlar haqqında bilgi verilmir. Və təbii ki, bu cür bilgilərin reyestri də yoxdur.

6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bir informasiya yoxdur.

7. Qurum tərəfindən təklif edilən xidmətlərin beş bəndi üzrə informasiyaları yetərli hesab etmək olar. Təklif olunan xidmətlər, onlardan istifadə üsulları, xidmətlərin qiymətləri barədə bilgilər isə saytda öz əksini tapmışdır.

8. Boş iş yerləri və işə qəbulla bağlı heç bir informasiya verilmir.

9. Sahə işçilərinin əmək haqları barədə də yuxarıdakı sözləri demək olar.

10. Vətəndaşların qəbulu ilə bağlı informasiyaların beş bəndindən yalnız biri üzrə bilgi verilib: ayrı-ayrı vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul günləri və saatları açıqlanır. Ancaq bu da optimal sayıla biləcək formada deyil. Misal üçün, nazirin qəbul günü (saatı) haqqında bilgini onun bioqrafiyasına əlavə kimi görmək olar ki, bu da az ağlabatandır. Qəbul qaydaları, qəbuldan imtinanın əsasları və mübahisələrin həlli yolları haqqında bilgilər isə yoxdur.

11. Tender və yarışmalar haqqında da faktiki heç bir bilgi verilmir.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilər saytda öz əksini tapmayıb.

13. Saytın texniki imkanları normal sayıla bilər. Ancaq tərtibatına yenidən əl gəzdirilməsinə ehtiyac var. Saytda əks əlaqə üçün onlayn forma verilsə də onu optimal saymaq olmaz. Üstəlik abunə imkanı da təklif edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV