Saturday 23rd November 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin www. scfwca.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin www.scfwca.gov.az domen adlı İnternet resursunda müşahidə apardığımız 13 bölmədən 7-si üzrə heç bir bilgi yoxdur. Yerdə qalan altı bölmə üzrə informasiyalar isə bir çox hallarda tam deyil. Saytın texniki imkanlarını və funksionallığını məqbul hesab etsək də artıq zamanın tələblərinə uyğunlaşdırılmasına da gərək duyulmaqdadır. Ümumiyyətlə isə sayt olduqca kasaddır və onun üzərində elə də ciddi iş getmədiyi aydın görünür. Aşağıda saytda müşahidə etdiklərimizi təqdim edirik.

1. Qurum haqqında bilgilər tam demək olardı. Ancaq quruma rəhbərlik edən şəxslər haqqında bilgi üzrə informasiya tam deyil. Burada yalnız hazırkı komitə sədrinin adı var.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı tam olaraq verilib. Ancaq ayrı-ayrı xidmət və bölmələrin əlaqə vasitələri haqqında bilgi yoxdur. Həm də buraya gəlmək üçün ictimai nəqliyyat, qurumun yerləşdiyi ünvanın marşrut və sxemi barədə də bilgi verilmir.

3. Qurumun struktur vahidləri sözlü olaraq təqdim edilir. Həm də onların rəhbərlərinin adları qeyd edilir. Ancaq bu rəhbərlərlə əlaqə vasitələri haqqında, struktur bölmələrinin yerləşdiyi ünvan və səlahiyyət çərçivələri haqqında bilgi yoxdur.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər və onlarla əlaqə vasitələri təqdim edilmir. Qurumla ümumi əlaqə imkanları onlayn forma da daxil olmaqla yetərli sayıla bilərdi. Ancaq məsələ ondadır ki, yalnız bir e-poçt ünvanı, telefon və faks nömrəsi yetərli olmaya bilər.

5. Qurumun cari fəaliyyəti haqqında olan informasiyalar məsələsində sayt ciddi şəkildə axsamaqdadır. Belə ki, informasiyalar arasında xeyli zaman fərqi nəzərə çarpır. Qurumdaxili əmr və sərəncamlar haqqında heç bir bilgi yoxdur. Təbii ki, onların reyestri də təqdim edilmir. Qurumun icra etdiyi proqramlar haqqında çox cüzi bilgilərə rast gəlmək olur.

6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi yoxdur.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgi verilmir.

8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərdə də eyni hal müşahidə edilir.

9. Sahə işçilərinin əmək haqları barədə də yuxarıdakı fikirləri demək olar.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilərə rast gəlmək mümkün deyil.

11. Tender və yarışmalar haqqında da bilgi yoxdur.

12. Daha bir təqdim olunmayan informasiya dövlət qurumunun norma (qanun)yaratma fəaliyyəti haqqındadır.

13. Saytın texniki imkanları normal sayıla bilər. Burada onlayn müraciət forması da var. Ancaq abunə imkanı təklif edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV