Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin www.azstat.org domen adlı İnternet saytının durumu, icmaldan da göründüyü kimi ürəkaçan deyil. Saytda həm informasiya çatışmazlığı, həm də onun texniki imkanları baxımından ciddi çatışmazlıqlar var. Ancaq bununla belə onun təkmilləşdirilməsi imkanları da yox deyil. Bunu nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi təqdim edirik.
1. Qurum haqqında bilgilərə ona daha öncə başçılıq etmiş şəxslər haqqında bilgilərin əlavə edilməsi gərəklidir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun yer ünvanının, qurumun marşrut və sxeminin, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat haqqında informasiyaların təqdim edilməsinə ehtiyac var.
3. Qurumun struktur vahidlərinin ünvanları və səlahiyyət çərçivələri haqqında bilgi verilməsi gərəklidir.
4. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqə ilə bağlı bilgilər demək olar ki, tamdır.
5. Qurumun cari fəaliyyəti haqqında ən azı gündəlik bilgi təqdim edilməli, həmçinin qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqında bilgi verilməlidir.
6. Ümumi dövlət büdcəsi ilə bağlı məsələlər haqqında saytda bilgi verilməsini tövsiyə edərdik.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə informasiyalara əlavə olaraq pullu xidmətlər və onlardan istifadə üsulları haqqında da bilgi verilməlidir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında ən yeni elanların da təqdim edilməsi faydalı olardı. Eyni zamanda işə qəbulun nəticələri və mübahisələrin həlli ilə bağlı bilgilərin verilməsi gərəkli informasiyalardandır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin daxil edilməsi tövsiyə olunandır.
10. Təqdim edilməsi gərəkli olan informasiyalardan biri də vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqındadır.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyətinin işıqlandırılmasına ehtiyac var.
13. Saytın texniki imkanlarını müasir tələblərə uyğunlaşdırmaq lazımdır. Burada həm də abunə və onlayn müraciət imkanları təklif edilməlidir.