Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin www.scwra.gov.az domen adlı İnternet saytının işinin təkmilləşdirilməsindən daha çox onu çağdaş tələblərə uyğunlaşdırmaq haqqında danışmaq daha doğru olardı. Elə məhz bu durumu nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Qurum haqqında bilgilər sırasında hazırkı rəhbərlə bərabər ona daha öncə başçılıq etmiş şəxslər barədə də bioqrafik bilgilər verilməlidir.
2. Ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaq üçün qurumun ünvanının marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilməsinə ehtiyac var.
3. Qurumun struktur vahidlərinin səlahiyyət çərçivələri və yer ünvanları haqqında bilgi verilməsi gərəkli informasiyalardır.
4. Bütün rəhbər işçilər barədə bioqrafik bilgilərin tam olaraq təqdim edilməsi yaxşı olardı.
5. Cari informasiyalar məsələsində çevikliyə gərək var. Ən azından gündəlik əsaslarla informasiya verilməsi vacibdir.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında informasiyalar saytda yer alsın.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bilgilərin təqdim edilməsinə gərək duyulur.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər isə təqdim edilməsi gərəkli olan informasiyalardandır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgiləri daxil etmək gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında da eyni sözləri demək olar.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsində fayda var.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyətini işıqlandırmaq gərəklidir.
13. Saytın texniki imkanlarına yenidən baxmaq, ümumiyyətlə onu çağdaş tələblərə uyğunlaşdırmaq gərəkdir. Həm də abunə imkanı təklif edilməlidir.