Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin www.scwra.gov.az domen adlı İnternet resursu elə də ciddi fərqlənmir. Saytın yüksək funksionallığı haqqında da danışa bilmərik. İnformasiya təminatı baxımından elə bir ciddi çeviklik olmasa da gərəkli informasiyalar var. Bununla belə bir çox bölmələr üzrə heç bir bilgi verilmir. Saytın ümumi durumu aşağıda təsvir edildiyi kimidir.
1. Qurum haqqında bilgilər demək olar ki, tamdır. Ancaq quruma başçılıq etmiş şəxslər haqqında bilgilər yetərli deyil. Hazırkı rəhbər haqqında yetərli bioqrafik bilgi verilsə də quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgi yoxdur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı ilə bərabər mümkün telefon və faks nömrələri, həmçinin e-poçt ünvanları verilib. Ancaq qurumun ünvanının marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgi yoxdur.
3. Qurumun struktur vahidlərini özündə əks etdirən sxem, struktur vahidlərinin rəhbərləri və onlarla əlaqə vasitələri haqqında bilgilər verilib. Lakin struktur vahidlərinin səlahiyyət çərçivələri və yer ünvanları haqqında bilgi təqdim edilmir.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər tam deyil. Yalnız qurumun sədri və onun bir müavini haqqında bioqrafik bilgilər təqdim edilir. Həmçinin sədrlə əlaqə üçün imkanlar yetərli şəkildə təqdim edilmir. Qurumla ümumi əlaqə imkanları isə yetərli sayıla biləcək qədərdir.
5. Cari informasiyalar məsələsində sayt elə də ciddi fərqlənmir. 04 fevral 2011-ci il tarixi üçün saytın ən yeni informasiyası 25 yanvar 2011-cu ilə aiddir. Bununla belə saytda quruma və sahəyə aid çoxlu sayda gərəkli informasiyalar var.
6. Ümumi dövlət büdcəsi ilə bağlı bilgilər təqdim edilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında heç bir bilgi təqdim edilmir.
8. Eyni hal boş iş yerləri və işə qəbulla bağlı bilgilərdə də müşahidə edilir.
9. Sahə işçilərinin əmək haqları barədə də bilgilərə rast gəlinmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında da bilgi təqdim edilmir.
11. Növbəti təqdim olunmayan informasiya tender və yarışmalar haqqında bilgilərdi.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da informasiya yoxdur.
13. Saytın texniki imkanları yetərincə yüksək olmasa da tam zəif də hesab edilə bilməz. Onlayn müraciət forması təqdim edilsə də abunə imkanı təklif edilmir.