Saturday 23rd November 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az domen adlı İnternet resursu əslində özünün funksionallığı ilə seçilməli olsa da bunu demək mümkün deyil. Qurumla əlaqə məsələsində yalnız ümumi imkanlar təqdim edilir. 13 bölmədən yalnız 6-sı üzrə bilgilər verilir. Həm də bu bilgilərin tam olduğunu söyləmək mümkün deyil. Yerdə qalan bölmələr üzrə isə heç bir bilgi yoxdur. Hiss olunur ki, bilgilərin saytda yerləşdirilməsi üçün elə də ciddi səy göstərilmir. Yalnız gündəlik bilgilər baxımından sayt elə də geri qalmır. Düzdür, burda da xüsusi çevikliyin olduğunu demək olmaz. Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir.

1. Qurum haqqında bilgilər bölməsi üzrə beş bənddən 4-ndə gərəkli informasiyalar verilib. Ancaq qurumun rəhbərləri haqqında bilgilər yetərli deyil. Hətta hazırkı sədr haqqında bilgilərin təqdim edilmə üsulu elədir ki, onlar oxumaq belə mümkün deyil. Əvvəlki rəhbərlər haqqında isə ümumiyyətlə bilgi yoxdur.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, marşrut və sxemi təqdim edilib. Ancaq bura gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilmir. Ümumi xarakterli telefon və faks nömrələri, e-poçt ünvanları və onlayn müraciət forması da təqdim edilir. Yalnız bütün bunlar ümumi xarakterlidir və ayrı-ayrı struktur bölmələri ilə əlaqə imkanları haqqında bir bilgi verilmir.

3. Qurumun struktur vahidləri haqqında sxem yarımçıq təqdim edilir. Struktur bölmələri və regional qollar haqqında heç bir bilgi yoxdur. Nə onların ünvanları, nə rəhbərləri, nə də ki, səlahiyyət çərçivələri barədə bilgi verilmir.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər demək olar ki, yoxdur. Yalnız rəhbərin bioqrafiyası şəkil formasında verilib və oxunması çətindir. Əks əlaqə üçün ümumi imkanlar yetərli sayıla bilər. Ancaq xüsusi imkanlar heç yoxdur.

5. Cari informasiyalar məsələsində saytda müəyyən diqqət çəkən məqamlar var. Ancaq qurumdaxili əmr və sərəncamlar, onların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr haqqında bilgi yoxdur.

6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi yoxdur.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında təsüf ki, heç bir bilgi verilmir.

8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər də təqdim edilmir.

9. Sahə işçilərinin əmək haqları bölməsi də tamamilə boşdur.

10. Daha bir təqdim edilməyən informasiya vətəndaşların qəbulu şərtləri və qəbul günləri (saatları) ilə bağlıdır.

11. Tender və yarışmalar haqqında da eyni sözləri söyləmək mümkündür.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında heç bir bilgiyə rast gəlinmir.

13. Saytın texniki imkanları elə də yüksək dəyərləndirilə bilməz. Funksionallığı yüksəltmək və saytı çağdaş texnoloji tələblərə uyğunlaşdırmaq zərurəti var. Saytda onlayn yazışma forması təqdim edilir. Ancaq abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV