Saturday 23rd November 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin www.emdk.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin www.emdk.gov.az domen adlı İnternet resursu özünün funksionallığı və məsul olduğu sahə baxımında yetərincə çevik təsiri bağışlayır. Saytda sahəyə aid gərəkli bilgilər toplanıb. Həm də müvafiq elanlar yer alıb. Bununla belə saytın tam təkmil olduğunu söyləyə bilmərik. Bir sıra bölmələr üzrə bilgilər ümumiyyətlə yoxdur. Bəzi bölmələr üzrə bilgilər isə yarımçıqdır. Saytın ümumi mənzərəsi aşağıda təsvir etdiyimiz kimidir.

1. Qurum haqqında bilgilər tam hesab ediləcək qədərdir. Yalnız qurumun rəhbərləri haqqında bilgilər tam deyil. Belə ki, hazırkı rəhbərin bioqrafiyası təqdim edilsə də quruma daha öncə başçılıq etmiş şəxslər barədə heç bir bilgi verilmir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, ümumi xarakterli telefon və faks nömrələri, həmçinin e-poçt ünvanı və onlayn müraciət forması verilib. Ancaq xüsusi əlaqə vasitələri haqqında bilgi yoxdur. Bundan başqa qurumun marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat vasitələri haqqında da bilgi təqdim edilmir.

3. Təəssüf ki, Qurumun struktur vahidləri haqqında heç bir bilgi təqdim edilmir.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər bölməsində yalnız qurumun sədrinə aid bioqrafik bilgilər var. Başqa heç bir vəzifəli şəxsin bioqrafiyası verilmir. Həm də rəhbər işçilərlə birbaşa əlaqə imkanları haqqında bilgi də verilmir.

5. Cari informasiyalar məsələsində sayt elə də diqqət cəlb edəcək durumda deyil. Son aylar ərzindəki müşahidələr göstərir ki, ayda cəmi 2-3 mətbuat açıqlaması olub. Bununla bərabər qurumun aid olduğu sahəyə aid çoxlu cari informasiya var. Həm də bu informasiyalar yetərincə çevik şəkildə təqdim edilir. Qurumdaxili əmr və qərarlar, onların reyestri və qurumun icra etdiyi proqram və layihələr barədə bilgi isə təqdim edilmir.

6. Ümumi dövlət büdcəsi ilə bağlı heç bir bilgi verilmir.

7. Qurum tərəfindən təklif edilən bütün xidmətlər haqqında bilgilər yetərincə geniş şəkildə təqdim edilir. Çatışmayan yalnız pullu xidmətlər haqqında bilgilərdir.

8. İşə qəbul məsələsində bu saytda yaxşı üsuldan istifadə edilib. Saytın ziyarətçiləri işə qəbul məsələləri haqqında bilgi almaq üçün müvafiq dövlət strukturunun saytına yönəldilir. Saytda həm də boş iş yerləri haqqında elanlar var. Ancaq bu elanlar köhnədir. İşə qəbulun nəticələri, mübahisələrin həlli və mümkün komissiyalar haqqında bilgi verilmir.

9. Sahə işçilərinin əmək haqları barədə bilgi yoxdur.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə yalnız vətəndaşların qəbul günləri və saatları təqdim edilir. Qəbul qaydaları, qəbuldan imtinanın əsasları və qəbulla bağlı mübahisələrin həlli yolları barədə isə bilgi verilmir.

11. Tenderlər və müsabiqələr haqqında elanlar təqdim edilsə də tender və müsabiqələrin keçirilmə qaydaları, bu cür fəaliyyətin sonucları, mübahisələrin həlli yolları haqqında bilgi verilmir.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında isə heç bir bilgi yoxdur.

13. Saytın texniki imkanları yetərli sayıla biləcək həddədir. Yalnız onlayn yazışma forması olsa da abunə imkanı təklif edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV