Thursday 21st November 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun www.sspf.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun www.sspf.gov.az domen adlı İnternet resursu özünün funksionallığı və texniki imkanlarına görə çox yüksək səviyyədədir. Elə informasiya təminatı sarıdan da sayt fərqlənənlər sırasındadır. Ümumi mənzərə bundan ibarətdir ki, saytın bir çox bölmələri üzrə gərəkli bilgilər tam və dolğun şəkildə, həm də əlçatan qaydada təqdim edilir. Yəni sayt özünün sadə və rahat funksionallığı ilə də seçilir. Saytda müşahidə etdiklərimiz haqqında aşağıda sırası ilə bilgi veririk.

1. Qurum haqqında bilgilər demək olar ki, tam və dolğundur. Çatışmayan yalnız quruma daha öncə başçılıq etmiş şəxslər haqqında bilgidir. Digər bəndlər üzrə bilgilər mükəmməl şəkildə təqdim edilir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, e-poçtu, onlayn forma, yerləşmə sxemi, marşrutu və ora gəlmək üçün ictimai nəqliyyat vasitələri haqqında bilgilər tam olaraq təqdim olunur.

3. Qurumun struktur vahidləri gərəkli şəkildə və geniş təqdim edilir. Burada ən ucqar struktur vahidinin belə ünvanını tapmaq mümkündür. Eyni zamanda struktur vahidləri ilə əlaqə imkanları da mükəmməldir. Yalnız çatışmayan struktur vahidlərinin səlahiyyət çərçivələri haqqında bilgidir.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər tam və dolğun şəkildə təqdim edilir. Bu bölmə üzrə bilgilər yetərincə təqdim edilir. Həmçinin əks əlaqə üçün bütün imkanlar öz əksini tapmışdır.

5. Cari informasiyalar məsələsində də sayt yaxşı mənada fərqlənir. Burada istər mətbuat üçün açıqlamalar olsun, istərsə də digər informasiyalar baxımından ciddi fərq hiss edilir. Ancaq çatışmayan bir cəhət də var. Bu da ondan ibarətdir ki, saytda qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqda bilgilər təqdim edilmir.

6. Ümumi dövlət büdcəsi ilə bağlı bilgilər verilsə də tam sayıla bilməz. Misal üçün, ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi haqqında heç nə deyilmir. Bundan başqa büdcənin quruma aid hissəsinin təhlili informasiyası, büdcənin icrası zamanı edilən dəyişikliklər, ən azı rüblük hesabatlar da təqdim edilmir. Bununla belə büdcənin ayrıntılı təsviri və icrasının yekunları təqdim edilir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər yetərli və dolğundur. Sahəyə aid istənilən xidmət haqqında bilgini rahat bir şəkildə saytdan əldə etmək olar. Yalnız bu xidmətlərin e-variantının təkmilləşdirilməsi vacibdir.

8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin səkkiz bənddən dördü üzrə bilgiləri yetərli və dolğun hesab etmək olar. Digər dörd bölmə üzrə bilgilər ya yoxdur, ya da tam deyil. Misal üçün, mövcud boş iş yerləri haqqında elanlar köhnədir, sahə daxilində ixtisas artırma və ya dəyişmə imkanları barədə bilgi yoxdur, həmçinin işə qəbulun sonucları və mübahisələrin həlli yolları barədə heç nə deyilmir.

9. Sahə işçilərinin əmək haqları barədə bilgi verilmir.

10. Vətəndaşların qəbulu ilə bağlı qaydalar, həmçinin ayrı-ayrı vəzifəli şəxslər tərəfindən qəbul günlər və saatları haqqında bilgi verilir. Ancaq qəbuldan imtinanın əsasları və mübahisələrin həlli yolları haqqında heç bir bilgi təqdim edilmir.

11. Tender və yarışmalar haqqında hər hansı bilgi verilmir.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da eyni fikri söyləmək olar.

13. Saytın texniki imkanları çox yüksək səviyyədədir. Burada onlayn müraciət forması və abunə imkanı da təklif edilir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV