Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının www.jlc.gov.az domen adlı İnternet saytı, icmaldan da göründüyü kimi, bir sıra göstəricilərə görə yaxşı durumda olsa da ondan heç də az olmayan başqa göstəricilərinə görə ciddi qüsurlara malikdir. Daha doğrusu həmin bölmələrin çoxu üzrə heç bir bilgi yoxdur. Yaxşı olardı şəffaflığın təmin edilməsi üçün çatışmayan bilgilər də saytda öz əksini tapsın. Ümumi fikrimiz isə bundan ibarətdir ki, saytın təkmilləşdirilməsi üçün imkanlar qalmaqdadır və məhz bunu nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Qurum haqqında bilgilərə ona daha öncə başçılıq etmiş şəxslər haqqında da bilgi əlavə etmək lazımdır.
2. Ziyarətçilərin qurumla əlaqə imkanları mükəmməl olduğu üçün elə bir tövsiyəyə gərək yoxdur.
3. Qurumun struktur vahidlərinin ünvanları və onların səlahiyyət çərçivələri haqqında da bilgi verilməsinə ehtiyac duyulur.
4. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqə ilə bağlı elə də ciddi bir tövsiyəyə gərək yoxdur.
5. Cari informasiyalar məsələsində saytın daha çevik olması lazımdır. Həm də qurumdaxili əmr və sərəncamlar, onların reyestri, qurumun icra etdiyi proqram və layihələr barədə bilgi verməyə gərək var.
6. Büdcə ilə bağlı məsələlər haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər tam deyildir, bu bölməni daha da dolğunlaşdırmaq üçün qurumun təklif etdiyi pullu xidmətlər və onlardan istifadə üsulları haqqında bilgilərin təqdim edilməsi yaxşı olardı.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər təqdim edilməsi gərəkli olan informasiyalardan.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi də tövsiyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də eyni sözləri demək mümkündür.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilərə də eyni sözləri şamil etmə olar.
13. Saytın texniki imkanları abunə imkanı da əlavə etməyə gərək var.