Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının www.jlc.gov.az domen adlı İnternet resursu özünün texniki imkanları və funksionallığı baxımından yaxşı səviyyədədir. Saytda onlayn müraciət forması verilib. Bundan başqa əks əlaqə üçün imkanlar yetərli formadadır. Bununla belə saytın bütün göstəriciləri heç də gərəkli durumda deyil. Bir sıra bölmələr üzrə bilgilər ümumiyyətlə yoxdur. Bəzi bölmələr üzrə təqdim edilən bilgilər isə tam deyil. Saytın ümumi durumu aşağıda təsvir etdiyimiz kimidir.
1. Qurum haqqında bilgilər yetərli sayılacaq qədərdir. Ancaq ona daha öncə başçılıq etmiş şəxslər barədə bilgi verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanı, həmçinin qurumun marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər də təqdim edilir.
3. Qurumun struktur vahidlərinin sxemi, alt bölmələri və struktur vahidləri ilə əlaqə imkanları da göstərilib. Yalnız struktur vahidlərinin ünvanları və onların səlahiyyət çərçivələri haqqında bilgi yoxdur.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər yetərli sayılacaq qədər verilib. Həm də bütün rəhbər işçilərlə əlaqə üçün vasitələr göstərilib.
5. Cari informasiyalar məsələsində sayt elə də ciddi fərqlənməsə də hər halda qurumun fəaliyyəti haqqında bilgilər yetərli sayıla bilər. Bununla belə qurumdaxili əmr və sərəncamlar, onların reyestri, qurumun icra etdiyi proqram və layihələr barədə bilgi isə təqdim edilmir.
6. Ümumi dövlət büdcəsi ilə bağlı heç bir bilgi təqdim edilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar verilsə də onlar tam deyil. Burada qurumun təklif etdiyi xidmətlər haqqında bilgi var. Ancaq pullu xidmətlər və onlardan istifadə üsulları haqqında bilgi yoxdur.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər də təqdim edilmir.
9. Növbəti boş bölmə sahə işçilərinin əmək haqları barədədir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında da eyni sözləri demək olar.
11. Tender və yarışmalar haqqında da heç bir bilgi təqdim edilmir.
12. Təəssüf ki, qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqında da bilgilər verilmir.
13. Saytın texniki imkanları əladır. Ancaq onlayn müraciət forması verilsə də abunə imkanı təklif edilmir.