Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin www.caspar.az domen adlı İnternet resursu, icmalda da qeyd etdiyimiz kimi, çağdaş tələblərə heç cavab vermir. Adi HTML dilində qurulmuş saytda bir neçə statik səhifə vardır ki, onların idarə edilməsi sadəcə çağdaş texnologiyalarla heç bir şəkildə uyğun deyildir. Bundan başqa, saytın 13 bölməsi üzrə yalnız 4-nə aid bilgiləri vardır. Həm də bu bilgilər tam və dolğun deyil. Nəzərə alsaq ki, istər texniki imkanları və funksionallığı baxımından, istərsə də bilgi dolğunluğu baxımından sayt yetərli durumda deyil, o zaman onun təkmilləşdirilməsindən də söhbət gedə bilməz. Yəni tək tövsiyə ondan ibarət ola bilər ki, bu qurum özünə yeni bir sayt qursun və onu çağdaş tələblərə uyğun şəkildə təqdim etsin.