“Azərbaycan Dəmir Yolları” QSC-nin www.railway.gov.az domen adlı İnternet resursu, icmalda da qeyd etdiyimiz kimi, bir sıra göstəricilərinə görə, yaxşı təsir bağışlayır. Ancaq bu heç də o demək deyil ki, sayt yetərincə dolğun və funksionaldır. Saytda, yuxarıda da qeyd etdiyimiz kimi, abunə və onlayn müraciət imkanları təqdim edilmir. Həm də başqa bölmələr üzrə təqdim edilən bilgilər tam və dolğun deyil. Bununla belə sayt təkmilləşdirilə bilər. Ona görə də aşağıda təkmilləşdirmə ilə bağlı bəzi tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Qurum haqqında bilgilərə ona başçılıq edən şəxslər haqqında bilgilərin də əlavə edilməsi gərəklidir.
2. Ziyarətçilərin əks əlaqəsini yaxşılaşdırmaq üçün ayrı-ayır e-poçt ünvanları, qurumun ünvanının sxemi, marşrutu haqqında bilgi vermək lazımdır. Həm də ora gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi verilməlidir.
3. Qurumun struktur vahidləri ilə əlaqə üçün ayrıca imkanlar və ünvanları barədə bilgi verilməsi tövsiyə olunur.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər verilməlidir. Həm də onlarla əlaqə üçün ayrıca imkanlar təqdim edilməlidir.
5. Yaxşı olardı ki, qurumun cari fəaliyyəti haqqında informasiyalara qurumdaxili əmr və sərəncamların reyestri də ayrıca təqdim edilsin.
6. Büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilməsi faydalı olardı.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalara pulsuz xidmətlər və xidmətlərdən istifadə yolları haqqında da bilgilərin əlavə edilməsi yaxşı olardı.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin saytda əks etdirilməsi tövsiyə olunur.
9. Eyni sözləri sahə işçilərinin əmək haqları barədə bilgilərə də aid etmək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə olan bilgilər təqdim olunması gərəkli olan informasiyalardandır.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilərə də eyni sözləri şamil etmə olar.
13. Saytın texniki imkanları sırasına abunə və onlayn müraciət formalarının da daxil edilməsi tövsiyə olunur.