Saturday 23rd November 2024,

2011

Ξ Leave a comment

“Azərbaycan Dəmir Yolları” QSC-nin www.railway.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

“Azərbaycan Dəmir Yolları” QSC-nin www.railway.gov.az domen adlı İnternet resursu elə də zəngin hesab edilməsə də sahəyə aid bir sıra bilgilərin olması baxımından diqqət çəkə bilər. Saytda 13 bölmədən 7-sində informasiya var. Düzdür, bu informasiyaların bir qismi yetərli deyil. Ancaq yenə də informasiyanın varlığı özü artıq bəlli bir iradədən xəbər verir ki, bu da müsbət dəyərləndirilməlidir. Bununla belə onu da qeyd etməliyik ki, saytın çatışmayan yönləri də az deyil. Burada e-poçt ünvanlarının demək olar ki, yoxluğu, abunə imkanının təklif edilməməsi, onlayn müraciət formasının olmaması ciddi çatışmazlıqlar sırasındadır. Ümumiyyətlə isə, sayt aşağıdakı kimi görünür.

1. Qurum haqqında bilgilər demək olar ki, tamdır. Burada çatışmayan ona başçılıq edən şəxslər haqqında bilgidir. Hətta hazırkı rəhbər haqqında da bilgi yoxdur. Yalnız onun şəkli və adı təqdim edilir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, ümumi xarakterli telefon və faks nömrələri təqdim edilib. E-poçt ünvanına gəlincə, yalnız bir vebmasterin ünvanı təqdim edilir. Ünvanın sxemi, quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilər yoxdur.

3. Qurumun struktur vahidləri, həmçinin onun alt bölmələri də sxem şəklində təqdim edilir. Həm də struktur bölmələrinin rəhbərlərinin adları və bölmənin səlahiyyətləri haqqında bilgi verilir. Ancaq onlarla əlaqə üçün ayrıca imkanlar və ünvanları barədə bilgilər təqdim edilmir.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər yoxdur. Həm də onlarla əlaqə üçün ayrıca imkanlar təqdim edilmir. Bu bölməyə aid edə biləcəyimiz yalnız ümumi əlaqə imkanlarıdır ki, onlar da yarımçıqdır.

5. Cari informasiyalar məsələsində sayt daha çevik görünür. Burada qurumun gündəlik fəaliyyəti haqqında bilgilər var. Bundan başqa icra edilən böyük proqramlar da saytda əks olunub. Üstəlik qurumdaxili əmr və qərarlara aid edilə biləcək bir sənəd də var. Ancaq belə sənədlərin reyestri yoxdur.

6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi təqdim edilmir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər yarımçıqdır. Daha doğrusu pullu xidmətlər haqqında bilgi verilib. Ancaq pulsuz xidmətlər və xidmətlərdən istifadə yolları haqqında bilgilər isə saytda əks etdirilmir.

8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər də təqdim edilmir.

9. Təəssüf ki, sahə işçilərinin əmək haqları barədə bilgilər yoxdur.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də eyni sözləri demək mümkündür.

11. Eyni sözləri tender və yarışmalar haqqında da demək mümkündür.

12. Növbəti boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

13. Saytın texniki imkanları normal hesab edilə bilər. Ancaq abunə və onlayn müraciət imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV