Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının www.antikorrupsiya.gov.az domen adlı İnternet saytı özünün texniki imkanları və funksionallığına görə yaxşı durumda olsa da məzmun sarıdan ciddi axsamaqdadır. Bu isə o deməkdir ki, saytı texniki və tərtibat baxımından təkmilləşdirməyə elə də gərək yoxdur. Yəni əsas məsələ onun tərkibini zənginləşdirməkdən ibarətdir. Buna görə də aşağıda bəzi tövsiyələrimizi təqdim edirik.
1. Qurum haqqında bilgilər sırasına ona daha öncə başçılıq etmiş şəxslər barədə də bilgilərin əlavə edilməsi faydalı olardı.
2. Ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaq üçün onun marşrut və sxemi, həmçinin quruma gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilməlidir.
3. Qurumun struktur vahidlərinin sxemini, həm də struktur vahidlərinin ünvanları barədə bilgilərin əlavə edilməsi tövsiyə olunur.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bilgilər demək olar ki, tamdır və təkmilləşdirilməsinə gərək yoxdur.
5. Cari informasiyalar məsələsində saytın daha çevik olması gərəklidir.
6. Büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilməsi tövsiyələr sırasındadır.
7. Qurum tərəfindən təqdim edilən xidmətlər haqqında bilgilər sayta əks etdirilməsi gərəkli olan informasiyalardandır.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də təqdim edilməsinə ehtiyac duyulur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
10. Yaxşı olardı ki, vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər təqdim edilsin.
11. Eyni sözləri tender və yarışmalar haqqında da söyləmək olar.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də bilgilərin təqdim edilməsi tövsiyə edilir.
13. Saytın texniki imkanları sırasına abunə imkanı da əlavə edilməlidir.