İcmaldan da göründüyü kimi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin www.dmx.gov.az domen adlı İnternet saytı faktiki olaraq yox kimidir. Çünki saytın tərkibində gərəkli və mütləq hesab edilən bilgilərin demək olar ki, heç biri yoxdur. Hətta qurumun rəhbərinin adı belə verilmir. Təbii ki, belə olduğu halda bu saytın təkmilləşdirilməsindən deyil, onun ümumiyyətlə yenidən və tələblərə uyğun qurulmasından söhbər gedə bilər.