Azərbaycan Respublikası Baş Prokurorluğunun www.genprosecutor.gov.az domen adlı İnternet resursu yetərincə zəngin və funksionaldır. Saytda istər cari bilgilər, istərsə də digər bilgilər geniş və dolğun şəkildə təqdim edilib. Bundan başqa struktur vahidlərinin rəhbərləri, onlarla əlaqə vasitələri də tam şəkildə verilib. Ümumi mənzərə bundan ibarətdir ki, sayt dolğundur və yetərli dərəcədə bilgilər təqdim edilir.Ancaq bəzi bölmələr üzrə bilgilərin ümumiyyətlə yoxluğu da gözdən qaçmır. Saytda müşahidə olunanlar aşağıda təqdim olunur.
1. Qurum haqqında bilgilər bölməsi demək olar ki, mükəmməl və dolğundur. Burada quruma daha öncə başçılıq etmiş şəxslər, həmçinin qurumun tarixi, səlahiyyət çərçivəsi və qanunverici əsasları barədə bilgilər də yer alıb.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları tam şəkildə təqdim edilib. Ancaq qurumun yerləşdiyi ünvanın marşrut və sxemi, həmçinin oraya getmək üçün ictimai nəqliyyat barədə bilgi yoxdur.
3. Qurumun struktur vahidləri haqqında sözlü olaraq bilgi verilir. Həm də onların ünvanları, rəhbərləri, səlahiyyət çərçivələri və əlaqə vasitələri dolğun şəkildə təqdim edilir.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər bölümün struktur rəhbərlərinin bioqrafiyaları təqdim edilmir. Ancaq bütövlükdə qurumun özünün rəhbəri və müavinləri haqqında bu bilgilər dolğun şəkildə təqdim edilir. Əks əlaqə imkanları da yetərli və dolğun şəkildədir.
5. Cari informasiyalar məsələsində sayt xeyli fərqlənir. Belə ki, gündəlik açıqlamalar, quruma aid başqa bilgilər, hətta qurumdaxili əmrlər və onların reyestri təqdim edilir. Çatışmayan tək şey yalnız qurumun icra etdiyi proqram və layihələr haqqında bilgidir.
6. Lakin təəssüf ki, dövlət büdcəsi ilə bağlı hər hansı bilgi təqdim edilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında da eyni sözləri demək olar.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərdə işə qəbulun hüquqi əsasları və qəbul qaydaları təsvir edilir. Həmçinin işə qəbulla bağlı elanlar və onların arxivi təqdim edilir. Ancaq qurumdaxili ixtisasdəyişmə, işə qəbulun sonucları və qəbulla bağlı mübahisələrin həlli yolları haqda bilgi yoxdur.
9. Sahə işçilərinin əmək haqları bölməsi isə boşdur.
10. Vətəndaşların qəbul qaydaları, qəbul günləri və saatları barədə bilgi yetərlidir. Ancaq qəbuldan imtinanın əsasları və mübahisələrin həlli yolları barədə bilgi yoxdur.
11. Tender və yarışmalar haqqında bilgilər təqdim edilmir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında heç bir bilgiyə rast gəlinmir.
13. Saytın texniki imkanları yetərli hesab edilə biləcək qədərdir. Burada abunə və onlayn müraciət imkanı da təklif edilir.