Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının www.tqdk.gov.az domen adlı İnternet saytı, bir daha qeyd etməyi zəruri bilirik ki, e-xidmətlər baxımından xeyli irəli getmiş durumdadır. Əslində e-hökumət quruculuğu baxımından bu, çox vacib bir məqamdır və qurumun saytının daha irəli mövqe tutmasına səbəb olan amildir. Bununla belə bəzi bölmələr üzrə saytda bilgi olmaması da diqqətdən qaçmır və yaxşı olardı ki, qurumun bu sahəyə məsul olan şəxsləri çatışmazlığı aradan qaldırsın. Məhz bunu nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Qurum haqqında bilgilərə ona daha öncə başçılıq etmiş şəxslər barədə də bilgi verilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsini yaxşılaşdırmaq üçün quruma gələn ictimai nəqliyyat vasitələri barədə də bilgi verilməsi zəruridir.
3. Qurumun strukturunun sxemini təqdim etmək zəruridir. Üstəlik struktur vahidləri ilə ayrıca əlaqə vasitələri göstərilməlidir.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər sırasında həm də başqa vəzifəli şəxslər barədə bu cür bilgilərin təqdim edilməsi gərəklidir.
5. Cari informasiyalar məsələsində sayta qurumdaxili əmr və sərəncamlar, onların reyestri barədə bilgilərin əlavə edilməsi yaxşı olardı.
6. Büdcə ilə bağlı bilgilərin saytda əks etdirilməsi faydalı olardı.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bilgilər demək olar ki, saytın məğzini təşkil edir. Burada qurumun təklif etməli olduğu bütün xidmətlər və onlardan istifadə yolları barədə yetərincə bilgi verildiyindən heç bir tövsiyəyə gərək yoxdur.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsi tövsiyə olunur.
9. Sahə işçilərinin əmək haqları barədə də eyni sözləri demək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilərə qəbulundan imtinanın əsasları və mübahisələrin həlli yolları barədə də bilgilərin əlavə edilməsi yaxşı olardı.
11. Tender və yarışmalar haqqında bilgilərin saytda əks etdirilməsi faydalı olardı.
12. Eyni sözləri qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da söyləmək mümkündür.
13. Saytın texniki imkanları xüsusən də e-xidmətlər baxımından çox yüksəkdir və tövsiyəyə gərək qalmır.