Thursday 21st November 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Nazirlər Kabinetinin www.cabmin.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Nazirlər Kabinetinin www.cabmin.gov.az domen adlı İnternet resursu, gözlənildiyinin əksinə olaraq heç kafi səviyyədə də deyil. Yəni məzmun baxımından. Çünki saytın texniki tərtibatı və funksionallığı tələblərə cavab verə biləcək səviyyədədir. Lakin, məzmun baxımından heç bir dolğunluq və zənginlik nəzərə çarpmır. Bu baxımdan qurumun saytının üzərində demək olar ki, elə də iş aparılmadığı, hətta onun diqqətdən kənar qaldığı qənaətinə gəlmək olar. Halbuki bu vacib dövlət qurumunun saytı başqa qurumları üçün bir örnək təşkil etməlidir. Bir sözlə, Nazirlər Kabinetinin saytı ziyarətçilərdə təəssüf hissi oyadır. Saytın ümumi görünüşü isə aşağıdakı kimidir.

1. Qurum haqqında bilgilər bölməsindəki beş bənddən yalnız birində, həm də dolğun və tam sayılmayacaq bilgi var. Bu da sadəcə baş nazirin adıdır. Nazirlər Kabinetinin tarixi, qanunverici əsasları, səlahiyyət çərçivəsi barədə isə heç bir məlumat verilmir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat barədə heç bir bilgi yoxdur. Heç telefon və faks nömrələri də təqdim edilmir. Yalnız bir e-poçt ünvanı verilib.

3. Təəssüf ki, qurumun struktur vahidləri haqqında heç bir bilgi verilmir.

4. Eyni sözlər rəhbər və digər rəhbər işçilər haqqında olan bilgilərə də aiddir.

5. Cari informasiyalar məsələsində sayt elə də çevik sayılmaz. Bu ilin dörd ayı ərzində hər aya cəmi iki xəbər yerləşdirilib. Bundan başqa qurumdaxili əmr və sərəncamlar və onların reyestri, həmçinin quruma aid hər cür başqa informasiyalar barədə də bilgi yoxdur. Çatışmayan bilgilərdən biri də qurumun icra etdiyi proqram və layihələr haqqındadır.

6. Ümumi dövlət büdcəsi ilə bağlı heç bir bilgi verilmir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə də heç bir bilgiyə rast gəlinmir.

8. Eyni hal boş iş yerləri və işə qəbulla bağlı bölmədə də müşahidə olunur.

9. Sahə işçilərinin əmək haqları barədə eyni sözləri demək mümkündür.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə heç bir informasiyaya rast gəlmək mümkün deyil.

11. Növbəti boş bölmə tender və yarışmalar haqqındadır.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da heç bir bilgi təqdim edilmir.

13. Saytın texniki imkanları normal hesab edilə bilər. Yalnız burada abunə və onlayn yazışma formasının olmaması diqqəti çəkir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV