Azərbaycan Respublikası Milli Məclisinin www.meclis.gov.az domen adlı İnternet saytı özünün interaktivliyinə və funksionallığına baxmayaraq bir sıra göstəricilər üzrə ciddi şəkildə təkmilləşdirilməlidir. Bundan əlavə saytın bəzi bölmələr üzrə informasiya əskikliyi də aradan qaldırılmalıdır. Ümumi olaraq belə demək olar ki, saytın texniki imkanlarının elə də ciddi təkmilləşdirilməyə ehtiyacı olmasa da onun informasiya dolğunluğu baxımından üzərində işlənməsinə gərək var. Bunu nəzərə alaraq aşağıda bir sıra tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Qurum haqqında bilgilərə ona daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərin də əlavə edilməsi yaxşı olardı.
2. Ziyarətçilərin əks əlaqəsini daha da asanlaşdırmaq üçün qurumun ünvanının marşrut və sxemini də təqdim etmək gərəklidir.
3. Yaxşı olardı ki, qurumun struktur vahidləri həm də sxem şəklində təqdim edilsin.
4. Struktur bölmələrinin rəhbərləri haqqındakı bioqrafik bilgiləri də dolğun şəkildə təqdim etmək gərəkdir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalara qurumdaxili əmr və sərəncamlar, onların reyestri, həm də qurumun icra etdiyi proqram və layihələr barədə də bilgilərin əlavə edilməsi ilə bu bölmə daha da dolğunlaşdırıla bilər.
6. Büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilməsi tövsiyə olunur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər əks olunması gərəkli olan bilgilər sırasındadır.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də təqdim edilməsinə ehtiyac duyulur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul qaydaları, qəbuldan imtinanın əsasları və mübahisələrin həlli yolları barədə də bilgi verilməsi mütləqdir.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi yaxşı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də bilgilərin təqdim edilməsi tövsiyə olunur.
13. Saytın texniki imkanları yüksək səviyyədə olduğu üçün bura aid elə də ciddi bir tövsiyəyə gərək yoxdur.